Dırnaqlardakı gizli təhlükə

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 6 804
Səs ver:
(səs: 0)
  Dırnaqlarınızda meydana gələn hər hansı bir dəyişmənin sağlamlağınızla bağlı mənfi bir vəziyyətə işarə olduğunu bilirdiniz? Ağciyər, qaraciyər və qəlbinizlə bağlı hər hansı bir problem, əvvəlcə dırnaqlarda özünü göstərir. Bu da əsas dırnaq deformasiyaları və arxasında gizlənən xəstəliklər:

1. Solğun rəngli dırnaq
Çox solğun, ya da ağ dırnaqlar, çox vaxt yaşlılığa görə meydana gələn zərərsız bir vəziyyətdir. Ancaq, çox ciddi xəstəliklərin əlaməti də ola bilər: anemiya, ürək çatışmazlığı və qaraciyər xəstəliyi.
2. Tamamilə ağ dırnaq
Dırnağın səthi tamamilə ağdırsa diqqət edin. Qaraciyərlə bağlı ciddi bir problem ola bilər. Məsələn, Hepatit çıxa bilər. Bu şəkildə barmaqların da saralmış olduğu gözə çarpır. Bu da yenə qaraciyərdə bir problemin olduğunun başqa bir işarəsidir.
3. Saralmış dırnaq
Saralmış dırnaq çox vaxt göbələk xəstəliyinin xəbərçisidir. Dırnaq qalınlaşmış, dırnaq yataqları daxilə doğru çəkilmiş və dırnaqlar parçalanmış kimi bir görünüşü vardır. Saralmış dırnaq, çox nadir də olsa şəkər xəstəliyində, mirvari suyu xəstəliyinə, tiroid probleminə və ya ağciyərlə bağlı bir problemə də diqqət çəkə bilər.
4. Mavi rəngə çalan dırnaq
Mavi rəngə çalan dırnaq bədəndə lazım olan qədər oksigen olmadığını göstərir. Ağciyər xəstəliklərindən sətəlcəmin xəbərçisi ola bilər. Çox az maviləşən dırnaq şəkər xəstəliyinin əlaməti də ola bilər.
5. Nahamar, dalğalı dırnaq
Əgər dırnağın səthi nahamar, çuxurlu və əyri-üyrü olmuşsa, dırnaq altında qırmızı-qəhvə rəngi ləkələr yaranmışsa, bu deformasiyanın arxasında mirvari suyu xəstəliyi və ya oynaq iltihabı ola bilər.
6. Çatlaq və ikiyə ayrılmış dırnaq
Çatlamış, ikiyə ayrılmış, asan qırılan dırnaqlar tiroid xəstəliklərinin xəbərçisidir. Bu deformasiya, sarımtıl dırnaq altı ilə birləşirsə göbələk xəstəliyi də ola bilər.
7. Ətrafı şişmiş dırnaq
Əgər dırnaq ətrafı parçalanmış və qızarmışsa, dırnaq yatağının iltihablanmış olduğunu göstərir. Diqqət, bu dırnaqdan dəri vərəmi də çıxa bilər.
8. Tünd rəngli cizgilər yaranmış dırnaq
Əgər dırnağın səthində şəkildəki kimi tünd rəngli cizgilər, kölgələr yaranmışsa dərhal həkimə müraciət edin. Bu ən təhlükəli dəri xərçəngi olan Melanomun əlaməti ola bilər.
9. Dırnaq yemək
Dırnaq yemək, ümumiliyyətlə geniş yayılmış anksiyetə pozulmasının bir nəticəsidir. Obsesif-kompulsif pozulmasının da bir nəticəsi ola bilər. Dırnaq yeməyi tərgitmək hər zaman üçün asan bir işdir. Həkimə müraciət edin.
10. Dırnaqlara diqqət
Dırnaqlar bədən tapmacasının hissələri kimidir. Həmçinin ağ dırnaqlara sahib olmaq hamıda da hepatit olması demək deyildir. Amma dırnaqlarınızın görünüşü ilə bağlı şübhələriniz varsa, bir dermatoloq sizə çarə ola bilər.

Redakte etdi: PRETTY GIRL
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 6 804
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri