Üzümüzü yuyarkən etdiyimiz xətalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 791
Səs ver:
(səs: 1)
Çox tez-tez yumaq
Üzünüzü nə qədər tez-tez yusaz o qədər təmizlənir deyə düşünürsünüzsə yanılırsınız. Üzünüz üçün ideal olan yuma səhər və axşam gündə iki dəfədir. Mütəxəssislər dərimizin te tez yuyulduqda quruyub elastikliyini itirdiyini ve hətta bezi dərilərdə yağlanmaya səbəb olduğunu da deyir.

Çox uzun müddət üzünüzü ovub köpükləndirmək
Üzünüzü köpükləndirmək və ovulma müddəti nə qədər uzun sürərsə üzünüz o qədər təmizlənir deyə bir qayda yoxdur. Üzünüzün təmizlənməsi üçün ideal olan müddət təxminən 20 - 30 saniyə arasındadır. Bundan çoxu dərinizə zərər verə bilər. Artıq yuyanda dərinizin qızardığını olduğunu görə bilərsiniz. Dəriniz üçün ilıq su ilə dairəvi hərəkətlər tətbiq edərək keçirəcəyiniz 15 saniyəlik bir təmizlik ən yaxşısı.

Eyni əl-üz dəsmalını təkrar-təkrar istifadə etmək
Yüz xovlunuzu bir dəfə də istifadə etsəniz daha sonra onu kirliyə atmağınız lazımdır. Çünki bir dəsmalı təkrar təkrar istifadə etməyiniz üzünüzə daha çox bakteriya yayır. Daha praktik olması üçün kağız dəsmal seçim edə bilərsiniz.

Makiyaj təmizləmə dəsmalları ilə üz təmizləmək
Mütəxəssislər, təmizləmə dəsmallarının üzümüzü təmizləməkdə yetərli olmadığını deyir. Bu dəsmalları makiyajını çıxarmaq üçün istifadə etdikdən sonra mütləq cildinizdə qalan qalıq və yağları təmizləmək üçün dərinizi təmizləyici ilə yaxalayın.

Üz təmizləmə məhsulları ilə makiyaj təmizləmək
Bir çox makiyaj markası dağılmağa və suya dözümlü olduğu üçün çıxarılması olduqca çətindir. Bu üzdən yalnız üz təmizləmə məhsulları makiyajını çıxarmaq yetməz. Xüsusilə bütün günü üzünüzdə makiyaj qalmışsa, İlk Növbədə, makiyajınızı suyla çıxarın daha sonra dərinizə uyğun üz təmizləmə məhsuluyla dərinizi təmizləyin.

Çox isti suyla üzünüzü yumaq
İsti su ilə üzünüzü yumaq soyuq bir gündə evə gələrkən və ya duşda sizə yaxşı gəlsə də, əslində, dəriniz üçün heç yaxşı şey deyil. Çünki isti su damarların genişlənməsinə və həssas toxunun zədələnməsinə səbəb olur. Beləcə dəriniz daha tez quruyur.

Səhər üzünüzü yumağı tullanmaq
Səhər nəm və tərtəmiz bir cildə oyandığınız üçün səhər üz yumağa ehtiyac duymayacaqsınız amma yastığınızdakı mikrobların siz yatarkən üzünüzə yoluxduğunu bilirsinizmi? Bu üzdən səhərlər də üzünüzü yumağı laqeydlik etməyin.

Yatmazdan əvvəl üzünüzü yumağı unutmaq
Gündəlik həyatımızda hava çirklənməsinə məruz qalırıq və beləcə havadaki kirlər üzümüzə yapışır. Əgər üzdə olan çirki gecə yatmadan almasaq üzümüzdə qızartılara səbəb olar, cildinizdə iltihablanma və sızanaq çıxa bilər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 791
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri