Tonal krem seçərkən nələrə diqqət etməliyik?

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 640
Səs ver:
(səs: 0)
Kosmetikanın əsas hissəsini təşkil edən tonal kremlər, hər nə qədər dərinin nəfəs almasını çətinləşdirsə də dəri rəngində bərabərlik təmin edən və qüsurları bağlayan yeganə məhsuldur.

Tonal Krem alarkən diqqət etməyiniz lazım olanlar bunlardır;
İlk öncə qolunuzun iç hissəsində test edin. Bu bölgədəki dəri rəngi boynunuza yaxın bir ton olduğundan daha doğru bir qərar verə bilərsiniz. Ancaq üzünüzdə sınanmağı daha təsirli bir üsuldur. Tonal kremi əvvəla, almacıq sümüklərinizə doğru sürün və işığın təbii olduğu bir şəraitdə güzgünüzlə test edin. Əgər tonal krem qabarıq şəkildə gözə çarpmırsa bu doğru bir seçim etdiyinizin göstəricidir.
Əgər doğru rəng məsələsində əmin deyilsinizsə, hər zaman bir ton açığına üstünlük verin.
Rəngi təbii fon şəraitində test etməyiniz əhəmiyyətlidir. Qaranlıq bir mühitdə gözünüzə tünd gələn bir tonal krem, işıq mühitində baxanda daha aydın görünəcəkdir.Mümkünsə "tester" məhsulunu təcrübədən keçirdin. Dərinizə sürər sürməz qərar verməyin. Tonal kremin quruyub dəri kimyəvi maddələrlə təsirlənməsi bir-iki dəqiqə alır. Yoxladıqdan bir müddət sonra tonal kremi hara sürdüyünüz məlum deyilsə doğru rəngi tapmısınız deməkdir.
Müəyyənləşdirdiyiniz tonal kremin çox ağır və gərgin olmamasına diqqət yetirin. Tonal kremi üzünüzə tətbiq etdikdə, dərin qısa zamanda uyğunlaşmalı və üzünüz sanki, kosmetikasız kimi təbii bir görünüş əldə etməlidir.
Cildinizdə yüngül bir qapatıcılıq, təzə, mat və yumşaq bir mənzərə tutmaq istəyirsinizsə quru tonal kremləri seçim edə bilərsiniz. Dərinizə təbiilik qazandıran quru tonal kremlər eyni zamanda incə cizgiləri və məsamələri bağlamaq üçün də idealdır. Bundan başqa, dərinizi ultra şüalarına qarşı da qoruyur.

Doğru bir tonal kremlə üzdəki qüsurları, qara nöqtə və sızanaqları yox edərək gözəl bir dəriyə sahib olmağınız mümkündür.

Əgər üzünüzdə parlama yaranmasını istəmirsinizsə məzmununda mikrosfer, rəngləndirici piqment və yumşaldıcı kirşanı hissəcikləri olan bir tonal krem seçməyiniz lazımdır.
30-lu yaşlarda tonal krem, sızanaq, ləkə kimi səhvləri bağlasa da, mimika, yaşlanma əlamətləri olan qırış və cizgiləri ön plana çıxarır. Bu üzdən tonal krem istifadə edərkən diqqətli olmalıdır. İntensiv axıcı olmayan tonal kremlər yerinə, incə tonal kremlərə üstünlük verməyiniz daha doğru olacaqdır. Bu sayədə dəri rahat nəfəs ala bildiyi kimi tonal kremin qalın doxusu da qırışıqların arasına girərək onların ortaya çıxmasına manel olacaqdır.Əgər olduqca problemli bir dəriniz varsa, tonal krem istifadə etməməyi təklif edirik. Onun yerinə fırça köməyiylə toz kirşanı sürərək dəriyə təbii və hamar bir görünüş qazandıra bilərsiniz. Rəng seçimində isə, dərinin təbii rənginə uyğun seçim etməyə diqqət yetirin. Nə çox açıq, nə də tünd olmalıdır. Xüsusilə çox açıq rəng istifadə etməməyə diqqət edin. Ağappaq bir sifətlə gəzmək var olan qırışıqların daha ön plana çıxmasına yol aça bilər.
Qışda istifadə etdiyiniz tonal krem ilə yazın istifadə edəcəyiniz tonal krem fərqlilik göstərə bilər. İsti yay günlərində dəriniz hər zamankından daha çox rütubətə ehtiyac duyur. Yayda mütləq tonal krem istifadə edəcəksinizsə içinə bir az nəmləndirici qatmağınızı təklif edirik. Hətta istərsəniz günəşdən qoruma faktorlu bir krem seçim edə bilərsiniz. Nəmləndirici xüsusiyyəti olan və yüngül formullu tonal kremlər yaz üçün ideal bir seçim ola bilər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri