Farfor makiaj nədir,necə edilir...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 10 446
Səs ver:
(səs: 3)

Farfor makiyaj qadınların maraqlandığı mövzuların başında gəlir və əksəriyyətlə səhv-süf bir şəkildə qulaqdan qulağa izah edilir. Təməl mənasıyla bəhs etmək lazım olsa farfor makiyaj professional makiaj ustalarının etdiyi bir makiyaj tipi olaraq xarakterizə edilə bilər. Ancaq gündəlik həyatda istifadə edilən makiyajların tam tərsi olaraq təbii və canlı bir duruş vermək yerinə mat və süni bir görünüş verməkdə tez-tez istifadə edilər.

Çünki farfor makiyaj edilərkən daş pudra adı verilən pudra istifadə edilər və sulandırılmış şəkildə üz üzərində tətbiq olunar. Eyni zamanda göz üstü rənglər də yaş olaraq istifadə edildiyi farfor makiyaj xüsusilə çox ciddi dəri problemləri yaşayanlar üzərində istifadə edilər. Gündəlik həyatda olduqca pis bir görünüş verən farfor makiyaj ekranda kameralar qarşısında və fotoşəkillərdə isə çox yaxşı nəticələr verməkdədir.
Tətbiqi o qədər də çətin olmayan bu makiyajı etmək üçün diqqət yetirməniz lazım olan pik nöqtələrini unutmasanız siz də asanca tətbiq edə bilərsiniz. Əvvəlcə istifadə edəcəyiniz pudra və tonal kremin dəri rənginizlə uyğun olduğundan əmin olmanız lazımdır. Şəffaf pudra ilə makiyaja hazırlanan dərinizi bağlayıcıyla örtdükdən sonra işıqlandırmaq istədiyiniz sahələri də təyin etməniz lazımdır.
Xüsusilə saç tipinə görə fərqli sahələrin işıqlandırılması lazım olduğundan ötəri toyunuz kimi xüsusi günlərdə farfor makiyaj tətbiq etmək istəsəniz bunu özünüz etmək yerinə hər hansı peşakara müraciət etsəniz daha məsləhətlidir 
Farfor makiyajı tətbiq edərkən makiyajın edildiyi və istifadə ediləcəyi sahələrin bənzər olmasına diqqət yetirilməlidir. İç və xarici məkanlarda fərqli işıqlandırmalardan ötəri görünüş fərqləri meydana gələcəyindən ötəri işıqlıq yerlərdə istifadə ediləcəksə işıqlıqda, iç məkan kimi süni işıqlı yerlərdə istifadə ediləcəksə yenə iç məkanlarda makiyajınız tamamlanmalı.

 Silinməsi çox o qədər də asan olmayan farfor makiyajın nə olduğunu və necə edildiyini bilsəniz artıq davamlı olaraq tətbiqiniz həm dəriniz üçün zərərli olacaq həm də gündüz istifadələrdə etdiyiniz makiyaj cox olaraq bilinəcəyi üçün xoş bir görünüş verməkdən çox itələyici bir imic yaradacaq. Bu səbəblə istifadə sahəsinə görə çox diqqət yetirilməsi lazım olan farfor makiyajı bir həvəslə hər yerə tətbiq etməməli və gözəllik ekspertlərinin tövsiyələrini də diqqətə almalısınız

Əgər makiyaj ehtiyacınızın yüksək olduğuna inanırsınızsa davamlı olaraq bu tip makiyajları tətbiq etmək yerinə çox daha təbii bir görünüş təmin edəcək olan qalıcı makiyajı sınamanızı təklif edirik.

Tərcümə etdi : N E L L I


(səs: 3)
Şərhlər: 1
Baxılıb: 10 446
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri