İndi üzünüzə ən uyğun örtücü kremi tətbiq edin. Ardından 1,5-2 ton tünd olan örtücü kremi yumşaltmaq istədiyiniz bölgələrə toxundurun.
Üzünüzün üst hissəsində qulaq kənarınızdan başlayaraq alınınızın iki tərəfinə kölgələmələr edin.
İndi qulaq məməsindən başlayaraq yanaq çuxurundan buruna doğru qövslü bir kölgələmə edin. Bu əməliyyat almacıq sümüklərinizi diqqətə çarpanlaşdıracaq və üzünüzə daha mənalı bir ifadə qatacaq.
Yumru üzlərdə almacıq sümüyü üzərindən yanlara, yəni gözün xarici ucuna doğru, aşağı hissədə isə yanaq çuxurunda bir üçbucaq meydana gətirəcək şəkildə çəkilməlidir.
İstifadə etməniz lazım olan ənlik bürünc olmalıdır. Bu tip üzlərdə diqqətin orta hissəyə çəkilməsi lazım olduğu üçün dodaq boyanız tünd, qaşlarınız və gözlərinsə çəkik olmalıdır.