Kölgəli göz makiyajı və ehtiraslı dodaqlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 17 463
Səs ver:
(səs: 8)

Xüsusi dəvətlərdə xanımların əksəriyyətinin üstünlük verdiyi geyim məhz qara donlardır. Qara donlar gecə ziyafətləri və gündəlik geyim seçimləri sırasında ilk yerdə durur. Qapqara geyindikdə göz oxşayan görünmək üçün bəzi məsləhətlərə əməl etmək gərəkdir.


Kölgəli göz makiyajı, ehtiraslı dodaqlar…

Qara paltarlara ən uyğun bu mövsümdə dəbdə olan yaşıl makiyajdır. Bir az da qızılı tonlardan istifadə etsəniz daha parlaq və cəlbedici görünərsiniz.

Hər dəfə qara don geyindikdə dodaqlarınıza xüsusi diqqət verməlisiniz. Qırmızı dodaqlar hər kəsin sevimli rəngidir. Amma qırmızı dodaq boyanızı seçərkən dərinizin rəngini də nəzərə alın.

Qızılı rəng mövsümün dəbli rəngləri sırasındadır. Gözlərinizdə qızılı ton və əyninizdə qara don sizi getdiyiniz ziyafət gecəsində hər kəsdən fərqləndirəcək.

Sadə makiyaj seçmək arzusunda olanlar isə gözlərini eyelinerlə cəlb edə bilərlər və beləcə, diqqətləri gözlər çəkəcək. Angelina Jolienin gözoxşayan eyeliner-li gözlərinə baxaraq bunu özünüzə də tətbiq edə bilərsiniz.

Qara paltarlarla yaraşan digər ten rəngi bənövşəyidir. Bu makiyaj sizi daha gözəl göstərmək qabiliyyətindədir.

Çılğın makiyaj istəyirsinizsə gümüşü eyeliner və karandaşla bunu həyata həyata keçirə bilərsiniz.

Son olaraq, asan və qısa zamandaq makiyaj etmək üçün qaraya çox yaraşan qırmızıdan istifadə edin. Qırmızı dodaq boyası qara geyiminizlə həmahənglik yaradacaq.

(səs: 8)
Şərhlər: 4
Baxılıb: 17 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri