Makiyajdakı bütün səhvlərə son!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 140
Səs ver:
(səs: 3)
Davamlı dəyişən gözəllik trendləri arasında makiyaj da vardır və hər növ dəyişikliklər makiyaj etmək qaydalarına təsir edir. Doğru olan budur ki, həmin ilin dəbi nə olursa-olsun, özünüzə ən çox uyğun gələn və yaraşan makiyajı etmək lazımdır. Üz xətlərinə və dəri tonuna görə seçilən makiyaj qadınları daim daha gözəl göstərir. Ancaq dəbdə olmayan, klassikləşmiş makiyaj növləri də var və yaraşıb-yaraşmamasından əlavə, hər qadın bundan həyatında heç olmasa bir dəfə istifadə etməlidir. Təbii makiyajlar hər zaman olduğu kimi bu mövsümdə də etibarlılığını qoruyur. Göz makiyajının tamamlayıcısı olan, dodaq rəngindən ya da dəri rənginin bir ton açığından seçilən dodaq boyaları hər yerə və dövrə uyğun bir makiyaj növünü meydana gətirir.

Güzgü qarşısında saatlarla vaxt keçirmənizə baxmayaraq xəyallarınızdakı makiyaja sahib ola bilmirsiniz? O zaman bu beş praktik təklifi oxuyun və davamlı olaraq təkrar etdiyiniz makiyaj səhvlərinə son qoyun:
1. Gözünüzə eyeliner tətbiq edərkən əliniz titrəyir? Dirsəyinizi bir yerə qoyun, digər əlinizlə isə göz qapaqlarınızı gərgin tutmağa çalışın; amma əgər hələ düzgün çəkməkdə çətinlik çəkirsinizsə, göz layneri yerinə göz qələmiylə xətt çəkməyi sınaya bilərsiniz. Bu daha asandır.

2. Davamlı tonal kremindən istifadə etməkdən qaçırsınız? Ümumiyyətlə makiyaj edən hər qadın bu səhvi edir. Əgər makiyajınızı tamamilə qurtarmısınızsa, tamamilə quru və daha əvvəl istifadə edilməmiş təmiz bir süngərin köməyiylə dairələr çəkərək təmizləyin. Ancaq göz ətrafını təmizləyərkən süngər istifadə etmək yerinə barmaq ucunuzla məhsulu yaymağa çalışın.
 
3. Korrektordan istifadə zamanı problemlə qarşılaşırsız? Əgər dəri tonunuzdan daha açıq bir tonda korrektordan istifadə edirsinizsə, onları yox etmək qeyri-mümkündur. Doğru tonal krem seçmək qədər doğru korrektor da seçmək önəmli və vacibdir. Dəri tonunuza uyğun (daha açıq və ya tünd olmamalıdır) bir korrektoru incə uclu bir fırçayla tətbiq edin, sonra barmaq uclarınızla məhsulu yaxşıca yayın.
 
4. Göz formanıza görə göz qələmindən necə istifadə etməyi bilmirsiniz? Gözləriniz əgər bir-birinə çox yaxındırsa, alt göz qapağına qələm çəkin. Buna görə alt göz qapağının iç tərəfindən başlayaraq gözün yarısına qədər açıq rəngli bir qələm çəkin. Xaricinə doğru isə tünd rəngli bir qələmdən istifadə edin.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 140
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri