BB krem nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 537
Səs ver:
(səs: 1)
Çox qısa müddətdə məşhurlaşan BB kremlər asanlıqla bir çox xanımların sevimlisi olmağı bacardı. Beləcə BB kremlərə olan tələbatın yüksək olduğunu görən bir çox kosmetika firmaları da öz BB kremlərini istehsal etməyə başladılar. Artıq əksər kosmetika mağazalarında,hətta böyük marketlərdə belə müxtəlif markaların BB kremlərini asanlıqla uyğun qiymətlərlə əldə etmək mümkündür. Bəs BB krem nədir?

Gəlin BB kremlərlə yaxından tanış olaq. Açılışı "Blemish Balm” və ya "Beauty Balm” olan BB kremlərin əsas vəzifəsi üzü qüsursuz göstərməklə yanaşı eyni anda dərini ətraf mühitin zərərli təsirlərindən qorumaqdan ibarətdir. Yaşlanmaya qarşı mübarizə aparması və günəşdən qoruma xüsusiyyətinə malik olması ilə demək olar ki, bu kremlər əksər xanımların və make-up artistlərin sevimlisidir.

BB kremlər necə istifadə olunur?

BB kremlər zərərsiz olduğu üçün gündəlik olaraq istifadəyə uyğundur. Əgər üzünüzdə çoxlu sayda örtmək istədiyiniz sızanaq və ləkələriniz yoxdursa BB kremləri tonal krem əvəzi də rahatlıqla istifadə edə bilərsiniz. Üzünüzdə olduğu müddətdə dərinizi nəmləndirəcəyindən dərinizin sağlamlığı baxımından tonal kremlərdən dəfələrlə faydalı olduğunu demək mümkündür.

Bununla yanaşı istifadə edəcəyiniz tonal kremin örtücülüyünü və davamlılığını artırmaq və zərərlərini azaltmaq üçün BB kremləri üz bazası əvəzi istifadə etmək də olar. Yəni BB kremi üzünüzə tətbiq etdikdən sonra üzərindən tonal kreminizi də istifadə edə bilərsiniz. Ancaq yaxşı olar ki, istifadə zamanı kremi göz çevrənizə çəkməyəsiniz.

BB kreminizi həm nəmləndirici, həm günəş kremi, həm də tonal krem əvəzi istifadə edə bilərsiniz. Çünki bu kremlər bu 3 cəhəti də özündə birləşdirir. Ancaq təbii ki, yüksək örtücü tonal kremin verdiyi nəticələri BB kremlərdən gözləmək lazım deyil.
image

BB kremlərdən kimlər razı qalacaq:

– Əgər tonal kremin zərərli təsirlərindən uzaq olmaq istəyirsinizsə və bu səbəbdən tonal krem istifadə etməkdən çəkinirsinizsə.

– Üz dərinizdə qüsurlar yoxdursa və ya azdırsa. Adətən az örtücülüklü tonal kremlər istifa

– Nəmləndirici krem istifadə etməyi sevirsinizsə və dərinizi nəmləndirmək sizin üçün önəmlidirsə

– Tonal krem istifadə etməyi sevmirsiniz ancaq üzünüzün qüsursuz görünməsini istəyirsinizsə.

– Üz dərinizin tonal krem istifadə etməmiş kimi təbii ancaq bərabər tonda görünməsini istəyirsinizsə

o zaman BB kremlər sizin də sevimli kremləriniz arasında olacaq.

Sonda BB kremin nə olduğunu daha dəqiq ifadə etməyim lazım gələrsə bunu iki üsulla blogumun oxucularına daha aydın izah etmək istəyirəm. Təsəvvür edin ki, üzünüzü günəşin zərərli təsirlərindən və yaşlanmadan qoruyan bir nəmləndirici krem var. Üstəlik tonal krem kimi rəngli olduğu üçün onu da qismən əvəz edə bilir. Məhz bu BB kremdir. Və ya təsəvvür edin elə bir tonal krem var ki, üzünüzün tonunu bərabərləşdirməklə yanaşı həm dərinizi nəmləndirir,həm yaşlanmadan həm də günəşin zərərli təsirlərindən qoruyur, ancaq örtücülüyü azdır.

Həcər İsmayılova
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 537
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri