Yenə sürmə çəkmisən evlər yıxan gözünə...

Müəllif: Fialka
Şərhlər: 11
Baxılıb: 6 325
Səs ver:
(səs: 4)
Gözləri vurğulayan oxlar həmişə dəbdədir və istənilən xanıma çox yaraşır. Amma gözəllik ustaları bayram axşamı daha maraqlı bir şey etmək istəyən xanımlar üçün rəngli göz qələmləri, sürmə və laynerlər təklif edir. Parıltını sevən xanımlar isə zərli laynerlər seçə bilər.
 
Tünd-yaşıl və ya zümrüd rəngli layner baxışlarınızı son dərəcə təsirli  edəcək. Bu variant xüsusilə yaşıl və boz gözlərə sahib olanlara daha gözəl yaraşacaq.  
 
Bənövşəyi layner də gözlərdə orijinal və eyni zamanda zərif görünür. Bu rəngli laynerin fonunda açıq-çəhrayı göz kölgələri təkrarolunmaz ahəng yaradır. Nəticədə, bənövşəyi ilə çəhrayı rəng birləşərək gözlərdə daha dərin və dolğun görünəcək.
 
Qızılı və ya gümüşü layneri Yeni il gecəsində çəkməyib, başqa nə vaxt çəkəcəksiniz? Bu makiyajı etmək çox sadədir. Bunun üçün qara göz qələmini və ya layneri hər zaman olduğu kimi çəkin. Qara layner quruduqdan sonra oxların sonuna zərli layner əlavə edin. Beləliklə, qlam-rok üslubunda obrazınız hazırdır.
 
Mavi və ya çəhrayı laynerlər isə ən cəsarətli xanımların ürəyincə olacaq. Əgər çəhrayı layneri nazik şəkildə çəksəniz, onlar qrafik təsir bağışlayacaq. Nəzərə almaq lazımdır ki, bu cür makiyaj daha çox qarasaçlı alagöz xanımlar üçün uyğundur. Qonurgözlü xanımlara isə göy və mavi rəngli layner tövsiyə olunur.

 

 

(səs: 4)
Şərhlər: 11
Baxılıb: 6 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri