Quru, kobudlaşmış əllər üçün xüsusi qulluq

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 2 652
Səs ver:
(səs: 0)
Quru əllərinizə lazımlı nəmi qəbul etməzsə, əlləriniz sürətlə elastikliyini itirər. Yaşı ələ verən ilk bölgənin əllər olduğunu düşünsək, əl dərisinin baxıma xüsusi ehtiyacı vardır.
Quru, kobudlaşmış əllər üçün Qadınla.Com təbii maska və müalicələri sizə təqdim edir. Həftədə 2 dəfə tətbiq edərək əllərinizə çox gözəl qulluq edə bilərsiniz.

***Maska 1
2 ədəd kartof
1 stəkan süd

Hazırlanması və tətbiqi:
Kartofları bir qab içinə alaraq qaynadın. Qaynadılmış kartofları çəngəlin köməyi ilə əzin və içinə südü əlavə edərək qarışdırın. Ortaya çıxan qarışımı əllərinizə sürtün . Əlinizdəki maska tamamilə soyuq hala gəldiyində, ilıq su ilə yuyun.

***Maska 2
1 şorba qaşığı şəkər (qəhvəyi)
1 disert qaşığı itburnu suyu

Hazırlanması və tətbiqi:
Əller maska sürtməmişdən əvvəl sabunlanaraq təmizlənir. Tərkibi qarışdırıldıqdan sonra əllərə sürtülür və 2 dəqiqə gözlədilir. 20 dəqiqə sonra əllər yuyulur və nəmləndirici krem sürtülür.

***Maska 3
1 ədəd yumurta (sarısı)
Yarım çay stəkanı limon suyu
2 xörək qaşığı zeytun yağı

Hazırlanması və tətbiqi:
Yumurtanın sarısını ayırdıqdan sonra limon suyu və zeytun yağı əlavə edilərək qarışdırılır. Qarışığı 2 dəqiqə çırpmaq lazımdır. Əllərinizə qalın şəkildə sürtdükdən sonra 15 dəqiqə gözləyərək yuyun. Əvvəl isti, sonra soyuq su ilə yaxalayın.

***Maska 4
4 stəkan su
2 çay qaşığı mineral su
2 çay qaşığı qliserin

Hazırlanması və tətbiqi:

Ərzaqlar bir kasa içinə alınır. Əllər qarışığın içində gözlədilər. 30 dəqiqə sonra əllər qarışıqdan çıxarılaraq ilıq su ilə yuyulur.

***Maska 4
4 çay qaşığı kakao yağı
2 damla lavanta yağı
1 disert qaşığı bal

Hazırlanması və tətbiqi:
Ərzaqlar bir qab içində qarışdırılır. Əllərə qarışımla birlikdə masajla yeridilir, daha sonra 15 dəqiqə gözlədilər, sonra əllər yuyulur və əl kremi çəkilir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri