Dırnaq Formalarına Görə Lak Seçimləri

Şərhlər:
Baxılıb: 16550
Paylaş:
Səs ver:
(səs: 12)
  Lakın çəkilişinin dırnağın şəkli ilə çox yaxşı uyğun gəlməsi lazımdır. Bu vəziyyət nəzərə alınmadan çəkilən laklar dırnağa çirkin bir görünüş verər.

 Klassik badam formasındakı dırnağa lak çəkərkən dib qismi açıqda buraxaraq lakı yanlara doğru aparmaq lazımdır.

 Dördbucaq dırnağa dib qismi daha böyük buraxılmalı yan qisimlərinə də lak çəkilməməlidir. Bu şəkildə rənglənilən  dırnağın dar görünüşü olar.

 Yumru dırnaqlarda dib qisim açıqda buraxılmazsa dırnaq oval bir görünüş götürər. Geniş dırnaqların dibləri yumru bir şəkildə açıqda buraxılmalıdır.

   LAK NECƏ ÇƏKİLƏR?

  Dırnaq cilasının daha gözəl dayanması və daha uzun ömürlü olması üçün bəzi xüsuslara diqqət etmək lazımdır.

  Dırnaqların üzərində krem və ya vazelin kimi yağlı bir maddə olmamalıdır. Əks halda cila dırnağa yaxşıca yapışmaz və ilk zərbədə soyulmağa başlar.

Cilasını dırnaq dibindəki ətə çəkməkdən qətiliklə qaçınılmalıdır. Çünki bu qisim hava qəbul etməzsə dırnağın sağlamlığı təhlükəyə girər və tez qırılmağa başlar. Cila dırnaq ucundan başlanaraq dibə doğru çəkilməlidir. Ən son fırça zərbəsi isə diblərdən uclara doğru çəkilər.

  Dırnaqlara çəkilən cila quruduqdan daha sonra soyuq suya tutulmalıdır. Bu əməliyyat cilanın daha dayanıqlı olmasını təmin edər.

   DIRNAĞA GÖRƏ LAK RƏNGİ

   Lak rəngi dırnaqların formasına görə seçilsə, çox daha gözəl bir görünüş təmin edilər.

 Lakın çəkilmə tərzi də dırnağın formasına görə olmalıdır. Uzun dırnaqlar tünd rəng (tünd qırmızı vişnə və kərpic rəngli şərab rəngli) laklar üçün yerində uyğun dırnaqlardır.

  Qısa və enli dırnaqlar üçün açıq rəngli laklar seçilməlidir. Qısa dırnaqlar üçün isə açıq çəhrayı lak işlədlməlidir

   QURUYAN LAKLAR

  Hər şeyin öz dərmanları olduğu kimi lakın da bəzi dərdləri vardır. Lak alındıqdan bir müddət daha sonra quruyar. Tünd bir lak dırnağa rahat çəkilə bilməyəcəyi üçün bunun asetonla sulandırılması lazımdır. Bu bir çox xanım tərəfindən bilinən bir qaydadır. Halbuki asetonun laka etdiyi təsir göz önünə alınmaz. Ən başda aseton lakın rəngini açar parlaqlığını götürür . Bu səbəblə lakınızı açmaq üçün aseton yerinə  spirt istifadə etmək lakın rəngi bitənə qədər götürdüyünüz rəngi mühafizə edər.

  Lakı qurumaqdan qurtarmaq üçün soyuducunun bir küncünə qoymaq bütün problemləri həll edər. Çünki soyuducu lakın qurumasını önləyən tək vasitədir.

Tərcümə etdi: Səssiz Sunami

 

 

 

 

loading...
(səs: 12)
Şərhlər:
Baxılıb: 16550
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv