1. Qırılan dırnaqlarınızı gücləndirmək, saralmış rəngini açmaq üçün şüşə qaba bərabər miqdarda limon suyu və qliserin töküb qarışdırın və yatmazdan əvvəl dırnaqlarınıza vurun.
2. Lak dırnaqların sağlamlığı üçün lazım olan kosmetik vasitədir. Keyfiyyətsiz laklar dırnaqların rənginin solmasına, qırılmasına və kövrəlməsinə səbəb olur. Ona görə də keyfiyyətli laklardan istifadə edin.
3. İstifadə etdiyiniz lak tez quruyursa, dırnağın ucundan əriyib getmirsə, demək, keyfiyyətlidir. Köhnəlmiş və qurumuş laklar dırnaqlarınıza zərər verə bilər. Bu səbəbdən istifadə müddəti bitmiş lak vurmayın.
4. Tündrəngli laklar dırnaq rənginin saralmasına səbəb ola bilər.
5. Əllərinin yumşaq olmasını istəyirsənsə 2 çay qaşığı bal ilə limon suyunu qarışdıraraq əllərinize çəkin