Ayaqlarımıza necə qulluq edək

Müəllif: Qlamurr
Şərhlər: 13
Baxılıb: 1540
Paylaş:
Səs ver:
(səs: 5)
Bir-birindən gözəl və rəngarəng ayaqqabılarımızı heç bir narahatlıq hiss etmədən geyinməyimizə az qaldı! Təbii ki, gözəliyimizi tamamlayan ayaqlarımıza laqeyd yanaşmamaq şərti ilə. Pedikür edilmiş və səliqəli görünən ayaqlara sahib olmaq üçün hər dəfə gözəllik salonuna getmək lazım deyil. Bir neçə xırda, lakin çox əhəmiyyətli üsulları ev şəraitində etməklə səliqəli və baxımlı ayaqlara sahib ola bilərsiniz.      

Boya təmizliyi
Əgər ayaq barmaqlarınızda boya varsa, ilk növbədə onu təmizləmək lazımdı. Bunun üçün asetonda isladılmış pambıq köməyimizə çatar.

Ayaq vannası
İsti suya bir qədər duz və bəyəndiyiniz mualicəvi yağlardan hər hansısa birini əlavə edib, ayaqlarınızı 10 dəqiqə ərzində həmin suda saxlayın. Yaxud istifadə etmədiyiniz bir saç kreminiz varsa, isti suyun üzərinə ondan bir miqdar əlavə edə bilərsiniz. Bu ayaq dərisinin yumuşalmasına kömək olan əsas vasitədir.

Daban daşı
Təmiz bir dəsmalla suda saxladığınız ayaqlarınızı qurulayın. Sonra daban daşı və ya ponza daşı ilə ayaqlarınızdaki ölü hüceyrələri təmizləyin. Bunu edərkən xüsusilə diqqət yetirilməsi lazım olan qisim ayağın üst dərisinə toxunmamağınızdır. Əgər daban daşını çox sərt sürtsəniz, ayaqlarınızın alt hissəsinə nisbətən incə olan üst hissəsini zədələmiş olarsınız.
 
Dəri soyulmasına qarşı təsirli maska
Zeytun yağı, duz və şəkəri yaxşıca qarışdırın. Həmin qarışıqla ayaqlarınızı masaj edin. Bununla həm ayaqlarınıza masaj etmiş olacaqsınız, həm də dərinizi ölü hüceyrələrdən təmizləyəcəksiniz. Eyni zamanda yumşaq ayaqlara sahib olacaqsınız. Bu masajı etdikdən sonra ilıq su ilə ayaqlarınızı yuya bilərsiz.

Dırnaq kəsmək qaydası
Dırnaqlarınızı kəsərkən xüsusilə diqqətli olmaq lazımdır. Onları bucaqlı kəsməyə alışın. Bucaqlı kəsmək yuvarlaq kəsməyə nisbətən həm daha gözəl görünüş bəxş edər, həm də dırnaq batmasına qarşı daha təhlükəsiz seçim olar.
Ayaqlarımıza qulluq edək

Ayaqların nəmləndirilməsi
Nəmləndirici bir kremi ayaqlarınıza və barmaqlarınıza masaj edərək yaxşıca hopdurun. Bununla yorğun iş günündən sonra ayaqlarınız həm nəmlənmiş olar, həm də dincəlmiş olarsanız. Manikür yağı və ya gül yağı vasitəsi ilə dırnaqlarınıza xüsusi canlılıq bəxş edə bilərsiniz.

Dırnaq əti
Dırnaq diblərindəki ətlər dırnağın üzərini çox örtürsə əvvəlcə itələyin. İstəsəniz bu ətləri kəsə də bilərsiniz. Lakin bunun üçün evdə edilən pedikür üsulu təhlükəlidir. Yara olmasına və ya mikrob düşməsinə səbəb ola bilər.

Dırnaq boyası
İstədiyiniz rəngdə bir dırnaq boyasını əvvəlcə bir qat çəkib, quruduqdan sonra ikinci qatı da çəkərək pedikürünüzü tamamlaya bilərsiniz.

loading...
(səs: 5)
Şərhlər: 13
Baxılıb: 1540
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
my_angel
Ayaqlarımıza diqqetle qulluq etmeliyik,yoxsa bezi xestelikler meydana çıxa biler,meselen,göbelek xesteliyi
22 mart 2015 16:29
13
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Tomris Müslümova
yayda cox qulluq edirem qisda yox esi
20 mart 2015 12:58
12

Sən sadəcə mənimsən...!
Offline
miray
ayaqlarima hemise qulluq ediren
20 mart 2015 01:42
11
Offline
Catwoman666
esas da xanimlar ayaq ve ellerine diqqet etmelidir. cunki xanimlar ucun esas yerdi yeni. ayaqqabi istifadesinde gozel ayaqlarinizin olmasi hem ozunuzun hem de eetrafdakilarin xosuna gelecek mence))
19 mart 2015 12:50
10
Viking
Offline
Qlamurr
Xəbəri redaktə edənə təşəkkür..faydalə tövsiyələrdi,hər qadın ayaq baxımına xüsusi diqqət etməlidir.
19 mart 2015 11:58
9
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
emis
mende emel edirem bunlara ellerime neter ayaqlarima elede tesekkurler canim
19 mart 2015 09:55
8
Offline
vipbetul
dirnaq batmasina yaxsi yeoedi
19 mart 2015 02:06
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Aysel Tatli
ayaqlarimla bagli hec bir prolemin yoxdur qulluqda etmirem
19 mart 2015 00:06
6
Offline
rəmsə
Eh bacı ayaqlarıma qulluğa vaxt qalır ki,ayaqlarıma heç bir qulluq etmirəm,ama şükür razıyam heç bir problemim yoxdu.Dabanlarım yumyumuşaqdı.Mənim problemim əllərimlədi.
18 mart 2015 22:31
5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Fialka
Əllərlə yanaşı ayaqlarada müntəzəm qulluq etmək lazımdır ..
18 mart 2015 21:44
4
Offline
neri
men ayaglarima baxram
18 mart 2015 21:32
3
Sert
Online
BARBI
ayaq baximima cox onem verirem her axsam vannaya qoyuram ve kremlerden istifade edirem
18 mart 2015 21:25
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Menim balam
Men ayaqlarıma ayaq üçün olan gelden istifade edırem. Çox yumuşak edir
18 mart 2015 21:09
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv