Gəlin maniküründə son dəb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 099
Səs ver:
(səs: 3)
Son vaxtlarda gəlin saçı, gəlin makiyajı qədər gəlin manikürü də xanımların diqqət etdiyi, əvvəlcədən fikirləşdiyi şeylərdəndir.
Bir dövr üçün gəlin manikürü demək "French” manikür mənasına gəlirdi. Hər bir gəlin bu cür manikürdən istifadə edirdi. İndi də bu tip manikür qalmaqdadır, lakin dümağ və şəffaf rəngdə olan lak əvəzinə açıq çəhrayı və onun tonları daha çox istifadə olunur. Həmçinin son zamanlarda klassik French üsulu deyil onun başqa növləri daha geniş yayılmışdır.
Bunlardan bəzilərini sizin diqqətinizə çatdırırıq:
 
Metallik rəngdə French:
Dırnağın uc qisminə qalın gümüş və ya qızılı rəngdə lak, üstündən dırnağın tamamına isə mat rəngdə olan laklar çəkilir. Gümüş əsasən çəhrayı və krem rəng ilə, qızılı isə bej və onun tonları ilə daha yaxşı uyğunluq təşkil edir və daha gözəl görünür.
 
Əyri French:
Bu formada isə klassik düz cizgi yerini əyri və ya asimmetrik şəkildə çəkilmiş cizgiyə verir. Modern və orijinallığı sevən bir xanımsınızsa bu cür manikür sizin üçün ideal ola bilər.

Parlaqlıq effekti:
Krem rəngində və ya açıq çəhrayı rəngdə olan laklar üzərində bu üsulu tətbiq edə bilərsiniz. Təbii bir parlaqlıq effekti almaq üçün bir rəngdə lak çəkin və qurumadan dırnağın ucunu istədiyiniz rəngdə olan zərli lakla bəzəyin.
 
Klassik Pastel:
Tək rəng və bir neçə qat çəkilmiş "pastel” tonlar, xüsusilə də çəhrayı gəlinlərin ən çox istifadə etdiyi növdür. Ağ gəlinliyin açıq çəhrayı ilə uyğunluğu, yaratdığı təmizlik və məsumiyyət hissi bu rənglərin gəlinlərin ən çox üstünlük verdiyi rənglər olmasına şərait yaradır.
(səs: 3)
Şərhlər: 2
Baxılıb: 5 099
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri