Gözəl və möhkəm dırnaqlar üçün resept

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 580
Səs ver:
(səs: 4)
Dırnaqların bərkidilməsi üçün sarımsaq lakı:
1-2 təzə diş sarımsaq
dırnaq üçün lak şəffaf olsa daha yaxşıdır
Dırnaq üçün laka xırda doğranmış sarımsağı əlavə edin 7-10 gün saxlayın. Sonra sadəcə bu lakı dırnaqlara sürtün. Belə sarımsaq lakından sonra, sizin şəxsi dırnaqlarınız fakturalardan daha yaxşı və daha möhkəm olacaq.

Bərkidilmə və dırnaqların rənginin açılması üçün limon şirəsi:
Limonu yarı kəsin və meyvənin ətinə barmaqların uclarını basıb saxlayın— 10 dəqiqə. İstifadədən sonra folqaya hər iki yarım limonu büküb və soyuducuya qoyun. Siz bu limondan gündəlik bir həftə ərzində istifadə edə bilərsiniz. 2 həftədən sonra limon vannalarına keçirin. Limon turşusu kutikul pərdəyə (dəri üstünə) və özünə dırnağa faydalıdır.

Dırnaqların bərkidilməsi üçün dəniz duzu:
250 ml ilıq suda sodanı, duzu və istənilən 1 çay qaşığı şampunu həll edin. Bir neçə damcı ətirli yağ damcılamaq olar: rozmarin, ardıc, limon, lavanda — sizin zövqünüzə uyğun. 15-20 dəqiqə bu məhlulda əllərinizi saxlayın, soyuma müddətində vannaya isti su əlavə edin. Hər gün etmək olar.

Kiçik həcmli qaba bir xörək qaşığı dəniz duzu və isti su tökün, 10-15 dəqiqə əlləri saxlayın, sonra qidalı krem sürtərək masaj edin.

Bərkidilmə və dırnaqların lay-lay olmasının qarşısının alınması üçün yod:
Yuxudan əvvəl dırnaq lövhələrinə fırçanın köməyi ilə adi yodu vurun. Əvvəlcə dırnaqlar saralacaq, amma artıq səhərə yod hopacaq və dırnaqlar adi rəngini qayıdacaq.

Zəiflədilmiş dırnaqlar üçün jelatin vannası:
Jelatin dırnaqları əla qidalandırır və bərkidir. Bir stəkan qaynayan suyun içinə yarım xörək qaşığı jelatinin yarısını həll edin, gözləyin qarışıq soyuyusun. Daha sonra 10-15 dəqiqə dırnaqları içində saxlayın. Vannanı həftədə 2-3 dəfə istifadə etmək olar.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 4 580
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri