Təbii manikür üsulu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 521
Səs ver:
(səs: 2)
Dırnaqlarımız və ətrafındakı ətlər bizi təbii çətinliklərdən qorumaq üçündür. Dırnaq ətrafındakı artıq ətlər zamanla ölü dəriyə çevrilir və onları kəsmək məcburiyyətində qalırıq. Bu ətləri təmizləyən zaman dərimizi zədələyirik və buna görə də bütün xanımlar gözəllik salonlarına getmək məcburiyyətində qalırlar. Ancaq bəzən getdiyimiz salonlarda olan alətlərin təmizliyinə inanmırıq. Xanımlar ev şəraitində dırnaq baxımlarını edə bilmədikləri üçün salonlardakı alətlərin təmizliyinə inanmadıqları halda getmək məcburiyyətində qalırlar. Xanımlarımızı düşünərək təbii manikür haqqında məqalə yazmağı qərara aldı. Məqaləmizdə yazdığımız maskanı tətbiq etdikdən sonra bütün xanımlar dırnaq baxımlarını özləri evdə edəcəklər. Bu möcüzəli qarışıq ilə bir gündə əlləriniz həm gözəl görünəcək, həm də manikürə ehtiyac qalmayacaq.
Təbii manikürü hazırlamaq üçün badam yağını bir çay qaşığı bal ilə qarışdırın. Qatı halda olan bu qarışığın içinə dırnaqlarınızı batırın və ya qarışığı pambığa batırdıqdan sonra həmin pambığı dınaq ətrafınıza qoyub əlinizə əlcək taxın. Əsasən bu prosesi axşam yatmazdan əvvəl edin, əlinizdə bu maskaya batırılmış əlcək ilə yatmağınız tövsiyə olunur. Çünki qarışıq siz gecə yatığınız müddətdə dırnaq ətrafınızdakı ölü dəriləri yumşaldacaq və rahatlıqla onlardan azad ola biləcəksiniz. Səhər oyandıqda əllərinizin yumşaq olduğunu görəcəksiniz və dırnaqlarınızın ətrafında olan ölü dərilər əllərinizi yuyan vaxt özü qopub düşəcək.

Əl və dırnaqlarınızı qorumaq üçün:
· Ev işləri görən zaman mütləq əlcəkdən istifadə edin.
· Quru və maye sabundan az istifadə edin. Əsasən zeytun yağından hazırlanmış təbii sabundan istifadə edin.
· Həftədə bir dəfə ballı badam yağlı reseptimizi mütləq edin.
· Əllərinizə mütləq hər gün nəmləndirici krem vurun.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 521
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri