Dırmaq baxımı üçün məsləhətlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 327
Səs ver:
(səs: 0)
Gündəlik həyatda edilən bir çox şeyin dırnaqlara zərər verdiyini bildirən mütəxəsislər sağlam və baxımlı dırnaqlar üçün diqqət edilməsi lazım olan məsləhətlər verdi
Alış-veriş edərkən, telefonun tuşlarına basarkən, qabları yuyarkən, paltar ütüləyərkən və ya bir qadının gündəlik etdiyi başqa işlər zamanı dırnaqlar zədələnir. Hər gün hiss etmədən dırnaqlarınızın sağlığını təhlükəyə atırsınız. Hər gün, ya da ən azından həftədə bir-iki gün bir neçə dəqiqənizi dırnaqlarınızın rənginə, sağlığına ayırın.
Dırnaqlarınızın vəziyyəti qarderobunuzu və tərzinizi tamamlayacaq. Vitaminlərlə qidalanın. Nə qədər düzgün qidalansanız, dırnaqlarınız da o qədər sağlam olacaq.
Qırıqların qarşısını almaq üçünsə manikürünüzü gündəlik təzələyin.
Dırnaqlarınızın qırılmaması üçün nəyisə çəkişdirmək, dırnaqla cızmaq kimi hərəkətlər etməyin. Qəbul etdiyiniz kalsiumun miqdarını artırın.
Uzun dırnaqların seksi göründüyü söylənilir, amma sağlıq baxımından bir problem var. Araşdırmalara görə, 3 sm-dən daha uzun dırnaqların kəsilmiş dırnaqlardan 5 dəfə çox infeksiya daşıdığı öyrənilib.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 327
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri