Dırnağımızı necə uzadaq?

Müəllif: Pure Love
Şərhlər: 12
Baxılıb: 1943
Səs ver:
(səs: 0)
Dırnaqlarınıza nə qədər qulluq etsəniz də uzanmır? Məcburən taxma dırnaqlardan istifadə etməli olursunuz? Bu yazını oxuyaraq dırnaqlarınızı təbii yollarla uzada bilərsiniz.

Dırnaqlarınız tez-tez qırılırsa, əvvəlcə bunun səbəblərini araşdırın. Dırnaqlarınızdakı problemlər vitamin əskikliyindən dolayı yaşana biləcəyi kimi, dırnaq yemək problemi də müalicə edilməlidir.

Dırnaqlarınızı "pilkalayın". Dırnaq uzanmasında baxımın ilk addımı budur. Dırnaqlarınızı küt kəsməyin, çünki bu cür kəsilən dırnaqlar tez qırıldığı üçün uzanmazlar. Dırnaqlarınızı yuvarlaq kəsin və eyni formada da "pilkalayın".

Dırnaq boyası sürtməyi sevsəniz də dırnaqlarınızın hava almağa ehtiyacı olduğunu da unutmayın. 2 gün boyalı dırnaqlarınızın 2 gün də boyasız qalıb hava almasına çalışır. Bu həm də dırnaqların saralmasının qarşısını alar.

Dırnaqların soyuq su ilə təması uzanmasına kömək edər. İlıq su isə dırnaqların tez qırılmasına səbəb olur. Gün boyunca su ilə çox təmasda olan dırnaqlar normaldan daha çox sürətlə uzanarlar. Əllə çox qab yuyursunuzsa, istifadə etdiyiniz suya yarım limon suyu da əlavə etsəniz, dırnaqlarınızı sərtləşdirərək qırılmasının qarşısını alarsınız.

Evdə hazırlayacağınız maskalar da dırnaqların daha sağlam uzanmasına yardımçı olacaq. Bunun üçün limon qabığına iki damcı zeytun yağı damcıladaraq dırnaqlarınızı bununla masaj edin.

Əllərinizə çəkdiyiniz nəmləndirici kremi dırnaqlara da çəkin. Kremin içərisində qliserin və zeytun yağının olması isə daha sağlam uzanmasına kömək edəcək.

Sirkə ilə dırnaqlara baxım edildiyində dırnaqlarınız tez bir zamanda uzanar. Sirkəyə əlavə etdiyiniz bir miqdar duzu azca qarışdırın və dırnaqlarınızı bu suda 5 dəqiqə saxlayıb təmizləyin. Hər gün buna əməl etsəniz, uzanmasını tezləşdirəcək.

E vitamini ilə əllərə və dırnaqlara baxım edərək, uzun dırnaqlara qovuşa bilərsiniz. Apteklərdən ala biləcəyiniz E vitamin kapsullarını qırıb əllərinizi və dırnaqlarınızı bununla masaj edin.

Dırnaq uzadan faydalı yağlardan biri bənövşə yağı hesab edilir. 4 gündən bir dırnaqlara bənövşə yağı ilə baxım etməklə həm sərt, həm də ağ uzun dırnaqlara sahib ola bilərsiniz.

Dırnaq uzadan həftəlik maska
1 çay qaşığı bal
1 çay qaşığı süd
1 çay qaşığı zeytun yağı

Bunları kasada yaxşıca qarışdırıb dırnaq və əllərinizə masaj edin. 15 dəqiqə saxladıqdan sonra əllərinizi soyuq su ilə yuyun. Axşam bu qarışımı əllərinizə və dırnaqlarınıza sürtsəniz, səhərə qədər də saxlaya bilərsiniz.

(səs: 0)
Şərhlər: 12
Baxılıb: 1943
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
gunay342
melumata gore tesekkurler
7 aprel 2017 18:21
12
Offline
❤Ə❤CANAN❤G❤
Cox uzun sevmirem.Ama.biraz uzanan kimide qirilir.biraz uzun olanda boyada dirnaqda yaxsi qalir.
25 fevral 2017 22:21
11
canan qizim sirin seker qizim.
Offline
evli.mutlu.cocuklu
Coxda uzun dirnaq sevmirem tsk
25 fevral 2017 00:53
10
Offline
Antikvar
Bu bayramları yola verim uzadacam, çox uzadıram dırnaqlarımı, uzunluğunu da lakla saxlayıram, yoxsa tez qırılacaq dırnaqlara sahibəm. Maskaları etməyə hövsələm yoxdu. Təşəkkürlər.
21 fevral 2017 21:01
9
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar
Offline
lili)
Sitat: Onun_Mələyi
Dırnaqlarıml toyum üçün uzadırdım.oda dünən qonaq gəlmişdi evə,iş görəndə yarısı qırılıdı.az qaldım ağlıyam:( taxma dırnaq da sevmirəm.obiri dırnaqlarımı kəsməyə heyfim gəlir hələki.18

duzlu suda saxlla axsamlar yod cek uzanacaq mohkemlenecek
21 fevral 2017 19:51
8
Offline
AGHAYEVA
Dirnaqlarimin ozunun mueyyen limiti var,onu kecdi ozu qirilir.Ona gore cox da uzun dirnaq saxlayan deyilem.Esas seliqesidi onu da zennimce butun xanimlarimiz gozleyir.
21 fevral 2017 19:49
7
Offline
YalniZ-ArZu
Cox uzadan deyilem onsuzda.Ele wekildeki kimi olur hemiwe.
21 fevral 2017 19:41
6
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
vipbetul
dirnaqlarimgucludur hemde qulluqunu vaxtinda edirem
21 fevral 2017 18:13
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
arzum-aysum
Uzun dırnaq sevmirəm, her zaman kəsirəm. Amma zəifdi dırnaqlarim, goturdum burda yazilan maskalardan edəcəm
21 fevral 2017 14:14
4
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
BARBI
Dirnaqlarim zeifdir tez qirilir
21 fevral 2017 11:40
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Son Bahar
dirnaqlarim qaynaqdı......
21 fevral 2017 10:15
2
Offline
Barbaris
o qeder ehtiyac gormurem dirnaq uzatmagi
21 fevral 2017 10:05
1
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri