Ətrinizi saxlayarkən...

Müəllif: Ayşən Əliyeva
Şərhlər:
Baxılıb: 3333
Paylaş:
Səs ver:
(səs: 7)
Bir ovuc pul verib aldığınız ətirinizi necə qorumanız lazımdır?
Aldığınız ətirləri açdıqdan sonra yaxşı şərtlərdə saxlasaq, qoxuları 6 ay ilə bir il arasında qalar. Yaxşı, qoxunu dərimizdə uzun müddət necə  saxlaya bilərik?

Gün işığı və hava ilə təmas, ətirləri pozan oksidasyonu təmin edən faktorların başında gəlir. Bu səbəblərdən yana, ətir şüşəsinin qapağı, istifadə etdikdən sonra möhkəm bir şəkildə bağlanılmalı və ətirin gün işığından qorunması üçün oz kagiz və ya dəmir qutusunda saxlanmalıdır.

Ətirlərin soyuducunda saxlanması ətirinin tarazlığını pozar və qoxusunda dəyişmələrə səbəb olar. Ətir və eau da parfumelərin soyuducunda saxlanmamaları lazımlıdır. Əgər soyudulmuş və təzələyici bir məhsul istifadə etmək istəyirsinizsə, aftershave və ya cologne formaları almalısınız. Bu məhsullar soyuducunda da saxlana bilərlər.

Bir ətirin dəriyə tətbiq edilməsindən sonra qoxunun qalıcılığı ortalama 3 saata qədərdir. Yuyunduqdan sonra, dəriyə nəmləndirici yağlar çəkilmiş və daha sonra ətir tətbiq edilmişsə, müddət uzanar. Dəniz səviyyəsindən yüksəklərə çıxdıqca ətirin təsirini itirməsi sürətlənər. Daha isti havalarda və nəmin yüksək olduğu vəziyyətlərdə qalıcılıq artar.

Ətirin saça və saç diblərinə tətbiq olunması da səhvdir. Saçın və saç diblərinin yağlı mühiti, ətirin tərkibini dəyişdirə bilər və qoxunu poza bilər. Ayrıca ətirinizdəki spirt, saç dibinizin qurumasına səbəb ola bilər.

Ətirinizin qalıcılığını və fəaliyyətini artırmaq istəyirsinizsə, ətrinizi nəbz hiss etdiyiniz dəri nöqtələrinə, boyun, qulaq arxası, biləklər, dirsək içi bölgələrinə tətbiq etməlisiniz.

loading...
(səs: 7)
Şərhlər:
Baxılıb: 3333
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv