Ətirlər haqqında bunları bilməniz gərəkdir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 693
Səs ver:
(səs: 0)
"PENHALIGON`S" brendinin təsisçisi Uilyam Penhaliqon möhtəşəm ətirlər hazırlamaq üçün ağılasığmaz yerlərdən ilham alan ilk ətriyyatçı olmuşdur.O, 1872-ci ildə hazırladığı ilk ətri ərsəyə gətirmək üçün məşhur türk hamamlarından ilham almış və bu ətri "Hammam Bouquet" adlandırmışdır,Ser Uinston Çerçil,Redyard Kipling,Oskar Uayld,Edinburq hersoqu,Uels şahzadəsi və Malboro hersoqu Uilyam Penhaliqon`un müştəriləri olmuşlar.Əvvəllər olduğu kimi,bu gün də bütün "Penhaligon`s" markalı ətirlər ən yaxşı və nadir inqrediyentlərdən - qızıldan iki dəfə qiymətli berqamot və jasmini əl ilə slxmaqla əldə olunan cövhərlərdən istifadə etməklə Ingiltərədə hazırlanır."Penhaligon`s" flakonlarının dizaynı isə Uilyam məxsusdur : şəffaf flakon və tıxacın ətrafına dolanmış lent.

" Byredo " ətriyyat evi 2006-cı ildə Ben Qorhem tərəfindən Stokholmda təsis edilmişdir.Qeyri-adilik və ənənələr,sürrealizm və məntiqi tamamlama,populyar incəsənət və klassik çalarlar,tarixin müxtəlif dövrlərində dünyanın ayrı-ayrı guşələrində mövcud olmuş ilham mənbələri - bütün bunlar " Byredo " kolleksiyasını xarakterizə eden ünsürlərdir.
" Byredo " ətirli tualet suyu,bədənə qulluq məhsulları,ev üçün ətirlər və bəzək əşyaları skandinaviyalılara məxsus dəqiqlik və keyfiyyətlə Isveçde istehsal olunur
Bu gün " Byredo " kolleksiyası dünyanın 15 ölkəsində butiklər,ticarət mərkəzləri və seçmə mallar təklif edən dükanlarda satılır.

" Annick Goutal " - yüksək səviyyəli ətriyyat evi öz həyat və taleyini ətirlərdə əks etdirən qeyri- adi ətriyyatçı qadın tərəfindən 1980 - ci ildə yaradılmışdır.1986 - cı ildə " Annick Goutal " brendi ətirlərin yüksək keyfiyyətinə görə Avropa mükafatına layiq görülmüşdür. ( " European Award for Excellence " ).
" Annick Goutal " məhdud sayda hazırlanan ətirlərin aparıcı istehsalçılarından biridir və həmin ətirlər üç qrupa bölünür :
- 20 qadın ətri
- 10 universal ətir
- 3 kişi ətri
Bu gün " Annick Goutal " ətriyyat evi
- Avropada 13 şəxsi butikə,
- Internet vasitəsilə "onlayn" satış dükanına,
- Dünya üzrə distribütor şəbəkəsinə,
- 40 ölkədə 1.500 satlş məntəqəsinə malikdir.

" L`Artisan Parfumeur " brendinin əsası 1976 - cı ildə Fransada qoyulmuşdur.Şirkətin adı fransız dilindən tərcümədə " ətir ustası " deməkdir.Bu isə sözügedən brendə məxsus ətirlərin yüksək keyfiyyətinə işarədir.Bütün ətirlər təbii inqrediyentlərdən , o cümlədən ağac,bitki kökləri,ləçək,yarpaq və meyvələrdən hazırlanır.Məhz bu səbəbdən brendin hazırladığı ətirlər özünəməxsusluğu,bənzərsiz və qeyri- adi ahəngi ilə fərqlənir.Cəmi bir ətir hazırlayan kiçik şirket olaraq fəaliyyətinə başlamış " L ` Artisan Parfumeur " brendi tədricən təkcə ətirlər deyil,həm də ev üçün müxtəlif ətirli məhsullar istehsal edən nəhəng bir müəssisəyə çevrilmişdir.Buna baxmayaraq,şirkət öz əsas konsepsiyasına sadiq qalaraq dəbdəbəli və kübar ətir həvəskarları üçün müstəsna parfümlər istehsal edir

Fransanin " Mane " şirkəti dünyanın ən bahalı ətirləri siyahısına daxil olan " Yu " adlı şah əsərinin müəllifidir." Yu " Çin dilindən tərcümədə " yağış " deməkdir.Lüks səviyyəli parfümeriya və əsl " cəngəlliklər cövhəri " olan bu ətir yağışdan sonra açılan ekzotik güllərin qoxusunu tropik meşənin havasından " sirli " şəkildə əldə edən nadir texnologiya sayəsində hazırlanmışdır.
Bu ətir büllur, taxta və dəri kimi təbii üzvi materialların vəhdətindən hazırlanır və bu, ətrin yüksək keyfiyyətini tamamlayır.Onun hündür və zərif ekzotik bitkilərdən ilham almaqla hazırlanan hamar və zərif forması insanda yaşamaq həvəsini oyadaraq onu öz düşüncələrini bölüşməyə və bədii yaradıcılıqla məşğul olmağa sövq edir.100 faiz büllurdan hazırlanan hər bir flakonun üzərində əl ilə həkk edilmiş nömrə olur və damcı formasında,sanki təbiətin özü tərəfindən yaradılmış bu flakon ağacdan düzəldilmiş və dəri ilə bəzədilən gözəl qutuya qoyulur.
Bu ətir məhdud partiya ilə hazırlanır ( cəmi 500 ədəd ).
 
" Agonist Parfums " nadir ətirlərin eyni dərəcədə nadir flakonlarda hazırlanması üzrə ixtisaslaşan fərdi parfümeriya məhsulları brendidir.Nadir flakonlar Kosta Boda şəhərinin şüşə emalatxanalarında şüşə ustası (üfürməklə şüşə hazırlayan usta ) və rəssam Esa Jungnelius ilə birlikdə yaradılır.Bu ətirlər insan dərisi üzərində bir neçə həftəyə qədər, parçalar üzərində isə bir neçə aya qədər qalır.
' Agonist Parfums Liquid Crystal " ( maye kristal ) - bu ətir flakonunu hazırlamaq üçün ən eksklüziv əl işi üsullarından istifadə olunur.Bu ətir flakonları məhdud sayda hazırlanır,cəmi 300 ədəd.
" The Infidels " (Bütpərəst ) - Bu incəsənət əsəri vaxtaşırı olaraq müxtəlif sərgilərin və hətta muzeylərin eksponatına çevrilir.
" The Infidels "
ətrinin bütün nüsxələri bu ətrin pərəstişkarları tərəfindən satın alınıb! Məhdud sayda buraxılmış bu ətir uğrunda sözün əsl mənasında amansız mübarizə gedir! Bu ətrin flakonları yalnız əl işlərinin məhsuludur və elə düzəldilmişdir ki,onu yenidən doldurmaq mümkün olsun.Bu ətir xüsusi çubuqla birlikdə satılır və həmin çubuğun köməyi ilə ətir dəri üzərinə çəkilir.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 693
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri