Kişilər ətirlər haqqında nə düşünür?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 3 864
Səs ver:
(səs: 3)
Qoxular qarşı cinsin diqqətini çəkən gözəgörünməz qüvvədir.  Qoxular istəməsək də, hissləri idarə edir. Bu da o deməkdir ki, bəyəndiyiniz kişini qoxular sayəsində də əldə edə bilərsiniz. Hətta elə qoxular var ki, kişiləri ehtiraslandırıb onların cinsəl arzularını oyadır, bəziləri isə qadınlarda xoş arzular və duyğular oyadır.  Qoxuların təsirləri elmi araşdırmalarda da təsdiqini tapıb. Qarmaqarışıq insan beyni hər cür qoxuya fərqli reaksiya verir.  Hətta baş ağrısını aradan qaldıra da bilir.
 
Darçın - Hindistan və Şri Lankaya aid olan bu ədviyyat kişilərə ən çox təsir edən qoxular arasındadır. Darçın cinsəl arzuları artırır, afrodizyak özəlliyə malikdir. Darçınlı parfumları yüz illərdir ki, qadınlar kişiləri əldə etmək məqsədilə istifadə edir.
 
Vanil - Vanil bir çox kosmetikanın tərkibinə qatılan maddədir. Bitkinin tərkibində kişilərin cinsəl arzularını ələ keçirən maddələr var. Necə istifadə edilməsinin fərqi yoxdur: istər şirniyytalar, istər parfum, istərsə də içkilərin tərkibində istifadə edildikdə kişilərə təsir edir. Qədim zamanlarda ereksiya problemi ilə qarşılaşan kişilərə də vanilli içkilər içizdirərmişlər.
 
Lavanda - Lavanda bitkisindən adətən yuyucu tozların və yumuşadıcıların tərkibində istifadə edilir. Ancaq kişilər lavandanın cəzbedici qoxusu haqqında xəbərsizdilər. Kleopatra Mark Antoni və Yuli Sezarı lavandanın cəzbedici qoxusu sayəsində əldə edib. Yeni evlənən cütlüklər yatağın altına bir dəstə lavanda qoymaqla ehtiraslarını alovlandıra bilərlər.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 864
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri