Evdə ətir necə hazırlanır?

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 8 431
Səs ver:
(səs: 1)
Qoxu, bizim ən fundamental duyğularımızdan biridir. Körpə, ananın qoxusunu hiss edər və ona bağlılıq inkişaf etdirər eyni şəkildə anada körpəsini iyləyərək sevər. Yemək yeyərkən belə qoxu ləzzətin bizdəki təsirini əks etdirər. Bir mühitə girdiyimizdə və çıxdığımızda qoxumuzu buraxarıq və əgər təsirli bir ətirə sahib isək girdiyimiz hər mühitdə qoxumuzla diqqət çəkərik. Sevgililər və dostlar bir-birinə sarılarkən iyləyər. Qoxu həyatımızda bu səbəblə böyük izlər buraxar. Ətir, möhtəşəm iy verməmizi və seksual olmamızı təmin edər. Təsiredici və cazibədar bir qadın olmamızı təmin edən təməl faktor ətrafımıza yaydığımız xoş qoxulardır. Budur buna görə evdə ətir etmə texnikalarını sizə çatdıracam.

Ətir üçün vəsaitlər:
Araq
Lavanta esansı
Saf su
Qliserin
Ətir şüşəsi
Şüşə qab
Yemək qaşığı
Damlatma şüşəsi (boş göz damlası ya da burun damlası şüşəsini istifadə edə bilərsiniz)
Qıf
Aliminəm folyo

Hazırlanması:
Əgər ətir şüşəsi daha əvvəl istifadə edilmişsə mütləq sterilize edin. Qabyuyan maşınında yuyun.
4 yemək qaşığı arağı şüşə qabın içinə boşaldın.
Təxminən 25 damcı esans çatacaq. Damlaları sayaraq qaba damladın. Əvvəl bir neçə damla tökün və qabı bir qaşıq köməyi ilə qarışdırın. Daha sonra bir neçə damla daha və qarışdırın. Eyni əməliyyatı bir neçə dəfə təkrarlayaraq 25 damcını qaba köçürün.
Daha sonra qabın ağızını hava almayacaq şəkildə bağlayın. Sərin, quru və qaranlıq bir yerdə ən az 48 saat istirahət etdirin. Amma 30 gün istirahət etdirsəniz qoxu daha qalıcı olacaq.

Ətirin istirahət etmə əməliyyatından sonra seyreltmemiz lazım olacaq. Bunun üçün də 4 yemək qaşığı su və 5 yemək qaşığı qliserini qaba əlavə edin. Qliserin ətirinizi qoruyacaq.

Ətir şüşəsinin xaricini aliminəm folyo ilə örtün. Şüşənin ağızına bir qıf qoyun və qabdakı ətiri şüşəyə köçürün.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 8 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri