İstifadə etdiyimiz ətir dərimizə zərərlidirmi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 815
Səs ver:
(səs: 1)
"Ətir dəriyə zərərlimidr"?
Gözəl qoxular demək olar ki, tamamilə kimyəvi maddələrdən hazırlanır. Bunların təxminən üçdə biri zəhərli sayılır və allergiyadan xərçəngə qədər bir çox şeyə səbəb ola bilər. Bunlar yerinə nəbzinizə bir az ətir yağı və ya gül yağı sürtün.

"Ətirin qalıcılığını necə təmin edək"?
Qatı ətirlərin maye olanlara görə saysız-hesabsız üstünlüyü var. Ümumiyyətlə, spirtsiz (həssas cildlər üçün daha yaxşı), portfelinizin dibinə tökülməyəcək (israf) və qoxusu həm daha uzun müddət dözəcək, həm də daha gözəl bir ətri olacaqdır.

"Ətirin qoxusunun gündən-günə dəyişməsinin səbəbi"?
Bu tamamilə nə yediğinizlə bağlıdır. Sarımsaq kimi kəskin qoxulu yeməklər, bədən kimyasına və qoxu alma vəziyyətimizə təsir edərək və sürdüyümüz ətirin qoxusunu dəyişdirir.

"Hansı ətiri nə vaxt istifadə etməliyəm"?
Ümumiyyətlə, yüngül çiçək və ya meyvə qoxuları gün ərzində istifadə edilərkən daha sıx, muskus, ya da vanil əsaslı ətirlər gecə dəvəti görüntüsünə güc qatar.

"Ətirsiz məhsullar daha etibarlıdır"?
Kosmetikalara əlavə olunan süni ətirlər zərərli ola bilər. Məhsulların qoxusuz olduqlarına və ya ətir tırkibli olmadıqlarına dair etiketi yapışdırmamaları bağlı bir qanun yoxdur. Yəni bu məhsullar yağlı sabun qoxusunu maskalamaq üçün təhlükəli maddələr tərkibli ola bilər. Qarışığın mahiyyətini öyrənmək üçün kiçik etiketlərə nəzarət edin.

"Parfum qoxusunun uzun müddət qalması üçün nə etməliyəm"?
Quru bir cilddə qoxular daha tez uçmağa meyllidir. Qoxu daha uzun müddət mühafizə etmək üçün ətir sürmədən əvvəl bir qat nəmləndirici sürtün.

"Gün ərzində necə təravətli qoxa bilərəm?"
Ətrinizi necə qat-qat vura biləcəyinizi öyrənin. Əvvəlcə bir az eau de toilette ilə başlayın, sonra saç və nəbzini yerlərinizə bir neçə damcı ətir vurub və son olaraq ətirə uyğun bir bədən kremi sürün.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 1 815
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri