Ev şəraitində saçların rəngini açmaq üçün tövsiyələr (1-ci hissə)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 20 033
Səs ver:
(səs: 3)
Təbii və parıldayan saçlara sahib olmaq bütün qadınların arzusudur. Xüsusilə, açıq tonlarda saçları bəyənirsinizsə, bu yazı silsiləmiz sizin üçündür. 3 hissədən ibarət olacaq bu məsləhətləri qaçırmamanız tövsiyə olunur.

Bir çox qadın saçlarına kimyəvi prosedurlar tətbiq etməkdən çəkinir. Hansı ki, həmin kimyəvi prosedurlar saçların zədələnməsinə səbəb olur. Saçlarınızın təbii görünüşünü itirmədən açıq tonlarda saçlara sahib olmaq istəyirsinizsə, ev şəraitində tətbiq edə biləcəyiniz təbii üsulları yoxlayın.

Çobanyastığı ilə açıq rəng tonlu saçlara sahib ola bilərsiniz
Saç rəngini açmaq üçün ən təsirli və bilinən üsullardan biri çobanyastığı suyudur. 1 stəkan suya biraz çoban yastığı əlavə edin və qaynadın. Qaynadıqdan sonra suyu süzün və biraz soyuması üçün kənara qoyun. Daha sonra ilıq olan suyu saçınızda rənginin açılmasını istədiyiniz hissələrə çəkin. 1 saat gözlədikdən sonra saçlarınızı yuyun. Həftədə 3-4 dəfə tətbiq edərək müsbət nəticə əldə edə bilərsiniz.

Alma sirkəsi ilə saçlarınızın rəngini aça bilərsiniz
Alma sirkəsi saç üçün çox faydalıdır. Duş qəbul edərkən durulama suyuna alma sirkəsi əlavə edərək saç rənginizin açılması ilə yanaşı, saçlarınızın parıldadığının da şahidi olacaqsınız. Alma sirkəsi saçları qidalandırır və daha güclü olmasına kömək edir. Nizmalı şəkildə tətbiq edərək istədiyiniz kimi təbii saçlara sahib ola bilərsiniz. Alma sirkəsinin ətrini bəyənmirsinizsə, sirkəni əlavə etdiyiniz suya 1-2 damcı lavanda yağı əlavə edə bilərsiniz.

Eyni zamanda çoxlarınızı ən çox narahat edən isə quruluq və kəpəkdir. Yeni Lavanda tərkibli Head&Shoulders saçlarınızı 100 faizə qədər kəpəkdən* qoruyaraq onları kökdən ucuna qədər qidalandırır və nəmləndirir. Saçlara forma vermək və daramaq işini asanlaşdırır. Beləliklə saçlarınız inanılmaz dərəcədə yumşaq və gözəl olur.

* Müntəzəm istifadə zamanı gözlə görünən kəpək

http://hs.qadinla.com/
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 20 033
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri