Payıza inad parlaq saçlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 2 186
Səs ver:
(səs: 0)
Payıza inad parlaq saçlar

Havalar sərinləyib günəş üzünü bizdən saxlayanda, hər kəsin içinə bağlandığı və qış eyforiyasına qapıldığı doğrudur. Ancaq saçlarımız üçün bu əsaslı deyil!

Sevgilinizden ayrıldınız, ya da mühüm bir tədbir üçün gözəl görünmək istəyirsiniz. Hər nə səbəblə olursa olsun, qadınların ilk işi gedib saçlarıyla bağlı bir dəyişiklik etməkdir. İndiki bəhanəniz də, mövsüm dəyişikliyi ola bilər.

Güman etməyin ki, yazın sonra özünüzə baxmayacaqsınız, əsla! Əksinə, payıza da ən az yaza girdiyiniz kimi rəngli və fəal girə bilərsiniz. Bunun üçün də işə ilk növbədə saç rənginiz dəyişdirərək başlamalısınız. Yaz ayları sarı və karamel tonları necə bizə ilham verirsə, payız da eynilə ruhuna uyğun bir şəkildə isti və zəngin rəngləri həyatımıza girir. Bu mövzuda Hollivud ulduzları da sizə çox ilham verəcək.



Sizə ilk təklifimiz qızıl mis rəngi. İndi Jessica Chastain və Brie Larsonın saçlarını gözünüzün önünə gətirin. Məhz bu simbiozdan ortaya çıxan rəngdən bəhs edirik. Qırmızı qızılı və tünd şabalıd rənginin qarışığı da yardımçı ola bilər. Bu saç rənginin bu aralar ən yaxşı nümayəndəsi isə, Əmma Roberts.



Digər bir üstünlüyünüz də, karamel toxunuşlar olar. Tünd saçlar üçün karamel tonları, payız üçün çox yaxşı bir seçim. Bu rəngi istifadə etmək istəyənlər hökmən bürünc dərili olmaq məcburiyyətində də deyil. Rəng mütəxəssisi Joel Warre-nə görə dərinizin rəngi nə olursa olsun, bu rəngi rahatlıqla istifadə edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 186
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri