Gəlinlər saç düzümünə diqqət!

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 1 913
Səs ver:
(səs: 1)
Ürəyinizcə olmayan saç kəsimi, yaraşmayan saç rəngi və ya modeli… Bunlarla üzləşdiyiniz hallar ola bilər. Amma gəlinlər üçün belə hal qətiyyən arzuolunan deyil. Saçınızla bağlı etməli və etməməli olduğunuz şeyləri əvvəlcədən planlaşdırsanız, hər hansı problemlə üzləşmək riskini minimuma endirə bilərsiniz.

Bunlara diqqət edin:

Duvaq taxıb-taxmamağa qərar verməzdən əvvəl saç düzümünüzü müəyyən edin.
Saç üslubunu seçmədən əvvəl fərqli düzümləri yoxlayın.
Toya 6 ay qalmışdan saçlara baxımını yaddan çıxarmayın.
Toya 2 həftə qalmış saç rənginizi yeniləyin və ya dəyişin.
Gəlinlik modeli ilə saç düzümünün ahəngini nəzərdən qaçırmayın.
Saçlarınızı yaxşı kəsdirsəniz, forma vermək üçün daha az vaxt itirərsiniz.
Duvağı toy əsnasında çıxarmağı düşünürsünüzsə, saç ustanıza bunu əvvəlcədən bildirməlisiniz.
Şampun və saç kremini saç növünə görə istifadə etdiyinizdən əmin olun.

Bunları etməyin:

Toya 3 ay qalmış saç üslubunu dəyişdirməyin.
Saçınızı evdə boyamayın.
Ürəyinizə yatmayan saç düzümünə sizi razı salmalarına yol verməyin.
Saçınızda ağır aksessuar istifadə etməyin. Toy günü baş ağrısına səbəb ola bilər.
Tələsib saçınızı çox tez düzəltdirməyin. Qarşıda uzun bir gün olduğunu unutmayın.
Toy günü saçınızı yumayın. Əks təqdirdə saçın istədiyiniz şəkili alması çox çətin ola bilər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 913
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri