Ağaran saçlarınızı rəngləmək üçün vaxtınız və imkanınız yoxdur? Ya da saçlarınızı rəngləməyə qıymırsınız? Bəs ağ telləri gizlətməyin yollarını bilirsinizmi?
Saçınızı fərqli tərəfə ayırın Hər gün saçınızı ortadan, ya da eyni tərəfə ayırırsınızsa, bunu dəyişdirin. Saçınızı fərqli tərəfə daradığınızda çıxan ağlar daha az diqqət çəkəcək. Eyni zamanda saçlarınıza həcm də qazandıracaq.
Saçınıza fərqli hava qatın Dümdüz saçlarda çıxan ağ saçlarınız o dəqiqə bəlli olur. Dağınıq qıvrımlar mükəmməl bir şəkildə istənməyən rəngdəki saçlarınızı gizlədər. Saç fırçasının yardımı ilə saçlarınızı dalğalandırın və saç spreyi sıxın.
Quru şampun istifadə edin Quru şampun saçlarınıza həcm qazandıraraq, diblərinin rəngini soldurar. Rəngli quru şampunlarla ağ saçlarınızı qısa müddətlik gizlədə bilərsiniz.
Saçınızı hörün Saçınızı hörsəniz, görünən ağ telləriniz digər saçlarınıza qarışıb görünməyəcək.
Aksessuar istifadə edin Şıq bir saç toqqası saç diblərindən diqqəti yayındıracaq. Sadə bir topuz, ya da at quyruğuna fərqli hava qatar. Saç bantı da istifadə edə bilərsiniz.
Saçınızın həcmini artırın Başınızın yuxarısına həcm qazandıraraq, ağ saçlarınızı asanlıqla gizlədə bilərsiniz. Etməli olduğunuz sadəcə nəm saçlarınıza köpük sürtün, qurutmadan əvvəl daraqla saçınızı tərs yönə darayın.