Qırışlara qarşı möhtəşəm formullar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 356
Səs ver:
(səs: 1)

Qırışlar yaşanan hər anın, acının, sevincin təmsilçisidir. Yaş artıqca onlar da bərabər sayda artır. Amma düzgün qidalanma və təbii vasitələrlə qırışları gecikdirmək olar.

Vitaminlərin antioksidant təsirləri, xüsusilə düzgün qidalanmaqla dərizinə xeyli yaxşı təsiredici gücü var. Vitaminlər dəri sağlamlığı, qırışların qarşısının alınması və ya əmələ gəlməsini əngəlləyən xassələrə malikdirlər.
A, C, D, E vitaminlərinin çatışmazlığı isə dərinin cansız, quru və ya həddindən artıq yağlı olmasına səbəb olur.
A vitamini və beta-karotin
A vitamini və beta karotinlər qocalmanı gecikdirmək üçün istifadə olunur. Sarı, narıncı və yaşıl rəngli tərəvəzlər, yumurtanın ağı, ciyər, kərə yağı (təbii əldə olunmuş) və balıq yağlarında olur.
B vitamini
B vitamininə daxil olan niasin (B3 vitamini) civzə və sızanaqların müalicəsində istifadə olunur. Ümumiyyətlə, təbabətdə niasin “sakitlik vitamini” də adlandırılır. Toyuq, balıq, fıstıq, təmiz dənli bitkilərdə olur.
C vitamini
C vitamini yaxşı antioksidant vitaminidir. Yara müalicəsi zamanı təsiri güclüdür. Səthi olaraq incə cizgi və qırışların aradan qaldırılması, dəri yanıqlarının müalicəsində istifadə olunur.
Limon, qreyfurt, portağal, çiyələk, kivi, qarağat və qara qarağat kimi meyvələr, kələm, pomidor, gül kələmi, qırmızı bibər və yaşıl bibər kimi tərəvəzlər C vitamini ilə xeyli zəngindirlər.
E vitamini
E vitamini də yaxşı antioksidantdır. Dərinin canlanması üçün köməkçi vasitədir. Dərini yumuşaq və hamar edir.

 

Redakte etdi: PRETTY GIRL

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri