Dərimizi soyuqdan qorumanın yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 8 516
Səs ver:
(səs: 2)
Dərinizin quruyub çatlamasına icazə verməyin. Havaların birdən birə soyumağa başlaması dərimizin bu müddətcə hazırlıqsız tutulmasına səbəb olsa da dərinizdə yaz canlılığını qorumanız mümkündür.

Dəriniz Nəfəs alsın
Yayda istirahət edən və nəfəs alan dərinizin qışda da eyni parlaqlığı qorumasını istəyirsinizsə...

• Yayda etdiyiniz uzun duşların yerinə qısa davamlı duşları seçin.

Çox isti suyla duş qəbul etməyin.

Lif və kisəni sıx istifadə etmənin.

Dərinizi qurutmayan sabun və təmizləyicilər istifadə edin.

Nəmləndiricilər duşdan sonra daha təsirli olduğu üçün dərinizi duşdan dərhal sonra nəmləndirin.

Dəri tipinizə uyğun nəmləndiricini xüsusilə duşdan sonra, təraş sonrasında, soyuq havaya çıxmadan əvvəl nizamlı olaraq istifadə edin.

Dərinizə uyğun nəmləndiricini dermatoloji mütəxəssisindən kömək alaraq təyin edin. Çünki uyğun nəmləndirici seçkisində yaşınız, iş şərtləriniz, dəri xüsusiyyətləriniz, quruluğun şiddəti və yoldaşlıq edən dəri xəstəlikləri kimi bir çox faktor əhəmiyyət daşıyar.

Dodaq bölgəsi üçün sıx məzmunlu, xüsusi formada (balm) ya da stick şəklində nəmləndiricilər seçin.

Əllərdə həm su və sabun təmasının çox olması həm də hava şərtlərinə daha çox məruz qalındığı üçün qış aylarında sıx quruluq və egzama bənzəri şikayətlər görülə bilər. Əl bölgəsi üçün sıx formada, nəmləndirmə xüsusiyyəti çox olan xüsusi kremlər istifadə edin.

Dəri quruluğunu azaltmaq üçün soyuq havayla təması ən aşağı endirəcək paltarlar seçin.

Ev içində nəmli hava meydana gəlməsini təmin etmək üçün nəmləndirmə cihazları istifadə edin.

/Mənbə:Qadınlar.Biz/

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 8 516
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri