Dərinizin verdiyi siqnallar nə mənanı verir

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 2 508
Səs ver:
(səs: 0)
Çillənmə və qabarcıqlar yüngülə alınmamalı
Dərimizdəki fövqəladə rəng dəyişmələri ilə çillənmələr əsla yüngülə alınmamalı və dərhal bir həkimə müraciət edilməli. 

Bədəndə açıq ya da tünd rəngli ləkələnmələr: İç orqan xərçəngi əlaməti ola bilər. 

Məmə və genital bölgədəki məşhur çillənmə ilə qabarcıqlar: Ağciyər ya da yemək borusu xərçəngindən qaynaqlana bilər. 

Dəri rəngində tündləşmə: Bütün dəri rəngində məşhur qəhvərəngi - qara rəng dəyişikliyi, böyrək-böyrək üstü vəzi xəstəliyinə və siroza bağlı ola biləcəyi kimi, ağciyər xərçəngi və sümük iliyi xərçəngi kimi tümöral xəstəliklərin əlaməti ola bilər. 

Məşhur quruluq: Yetkin yaşda ortaya çıxan dəri quruluğunun mütləq araşdırılması lazımdır. Çünki hadisələrin təxminən yarısında iç orqan xərçənginə, ən çox da Hodgkin Lenfomaya rast gəlinir. Yetkin yaşda kəpəklənməklə seyr edən dəri quruluğunda da bəzi xolesterol, mədə və psixiatrik dərmanların yan təsirlərinin yanında infeksiya xəstəlikləri, lepra, vərəm, HIV, böyrək çatışmazlığı, A vitamini əskikliyi,qidalanma qeyri-kafiliyi, hipotiroidi ilə sarkoidoz məsul tutulur. 

Əl içi-ayaq altında tünd rəngli ləkələr: Məmə, mədə xərçəngi və ya incə bağırsaq lenfomasına işarə edə bilər. 

Ovuc içi və ayaq altının qalınlaşmaları: Genetik xəstəliklər nəticəsi inkişaf edə bilir. Ovuc içi qalınlaşması yetkinlərdə görüldüyündə, ağciyər və mədə xərçənginin xəbərçisi ola bilər. 

Əl-barmaq ucunda qalınlaşma: Əl və barmaq uclarında qalınlaşma şəklində görülən 'çomaq barmaq' ümumiyyətlə doğumsal ürək-damar və ağciyər xəstəlikləri səbəbiylə ortaya çıxır. Ancaq yetkin yaşlarda inkişaf etdiyində ağciyər, mədə-bağırsaq xərçənginə də işarə edə bilir. 

Dırnaq uclarının qat - qat ayrılması: Zədə nəticəsi inkişaf edə biləcəyi kimi, bəzi qan xəstəlikləri, AIDS və ya pankreas xəstəliklərinə bağlı da ortaya çıxa bilər. Ağciyər xərçəngində dırnaqlar yataqdan ayrıla bilər.  

Dırnaq ətrafı iltihabları: Sıx keçirilən dırnaq ətrafı iltihabları ağciyər xərçəngi ya da digər xərçənglərin yayılamının əlaməti ola bilər. 

Uzun müddət qabarıq qalan ayaqlar: Gut xəstəliyini işarə edə bilər. Gut xəstəliyində oynaqlarda ağrı, şişlik olar amma ümumiyyətlə ayaq baş barmaqda bu vəziyyətə sıx rast gəlinər. Başqa xəstəliklər də əl və ayaqlardakı qarışqalanmaların səbəbi olsa da bu  diyabetten qaynaqlana bilər.
 
/Mənbə.Qadınlar.biz/ 
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 508
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri