Çətin uzanan saçlar üçün təbii üsul

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 11 615
Səs ver:
(səs: 11)
Çoxları sağlam, uzun, təmiz və parlayan saçlar arzulayır. Lakin bəzi insanlarda saçlar gec uzanır. Bunun yaxşı qidalanmamaq, hava çirkliliyi, genetik faktorlar kimi bir çox səbəbi ola bilər. Qadınlar üçün bu vəziyyət olduqca cansıxıcıdır.
Mütəxəssislərin fikrincə saçların uzanmasına sağlam qidalanmaq, bol su içmək və stressdən uzaq olmaq da təsirlidir.
Bütün bunların yanında evdə təbii üsullarla saçları daha sürətli uzatmaq olar:
Çətin uzanan saçlar üçün:
- 1 qəhvə fincanı zeytunyağı
- 1 çay qaşığı cəfəri toxumu yağı
- 1 çay qaşığı gicitkən toxumu yağı
- 1 çay qaşığı kətan toxumu yağı
- 1 çay qaşığı çörəkotu yağı
lazımdır.
Bunlar qarışdırılıb isti su dolu bir qabın üzərinə qoyulub qızdırılır. Alınan qarışıq saç diblərinə sürtülür.
Daha sonra 3 və 8 saat-a qədər gözlətdikdən sonra saç tipinə uyğun şampunla yuyulur. Bu prosedur saçların uzanmasına kömək edir.
(səs: 11)
Şərhlər: 9
Baxılıb: 11 615
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri