Saçların təbii yolla uzadılması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 12 167
Səs ver:
(səs: 7)
Bəzi bitkilər, saçların təbii uzanma müddətini sürətləndirir. Bu bitkilərdən ən yaxşı nəticələri əldə etmək üçün bəzi qarışıqlar var. Təbii üsullar ilə saç uzanma sürətinin artırılması qeyri- mümkün kimi gəlsə də əslində olduqca gerçəkdir. Necə? Saç dərimizdəki qan sürətini gücləndirərək! Bu qabiliyyətə sahib bir çox bitki var. Bu bitkilərlə hazırlanan reseptlər:
 
Yaşıl çay Saçı sürətli uzadan təbii üsullar Yaşıl çay, mükəmməl təbii dərmandır. Bu möcüzəvi içki, ehtiva etdiyi antioksidanlar səbəbiylə saçlar üçün çox faydalıdır. İstər içki olaraq faydalanın, istərsə də içində yaşıl çay aktiv maddəsinin olduğu saç məhsullarını istifadə edin.
 
Üzüm tumu yağı Saçı sürətli uzadan təbii üsullar Üzüm tumu yağı, saçın daha sürətli böyüməsini təmin edən başqa bir təbii dərmandır. İsti üzüm tumu yağı ilə yatmadan qabaq həftədə 2, ya da 3 dəfə saç dərinizi ovun.
 
Kartof Saçı sürətli uzadan təbii üsullar Kartof, daha doğrusu qaynadılmış kartof suyu, saç uzanma müddətini sürətləndirən bir başqa təbii yoldur. Soyudulmuş kartof suyu ilə saç diblərinizə həftədə bir neçə dəfə masaj edin və sonra su ilə yuyun.
Yumurta maskası Saçı sürətli uzadan təbii üsullar Bir yumurtanı 50 qr zeytun yağı ilə qarışdırın və əldə edilən qarışığı saçlarınıza tətbiq edin. Saçlarınızı dəsmal ilə bükün və 1 saat gözləyin. Sonra şampun ilə yuyun. Ən az həftədə bir dəfə bu əməliyyatı təkrarlayın.
(səs: 7)
Şərhlər: 6
Baxılıb: 12 167
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri