Fen, boya saça zərərlidirmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 578
Səs ver:
(səs: 1)
Saça bitki mənşəli boya vurmağın faydası olurmu?
Bitki mənşəli saç boyaları saçları üzdən boyayır. Saç bir ağac gövdəsi kimidir, üzərində pulcuqlar vardır və bu pulcuqlar sayəsində nəfəs alır. Bitki mənşəli boyalar saç telini bu pulcuqların üzərindən boyadığı üçün ağları tam örtməz. Əgər istifadə edilən rəng ana saç rəngi ilə uyğundursa, tünd bir ton ağların örtülməsinə kömək olacaq. Öz saç rənginiz tünd, ya açıqdırsa və açıq bir tonda saç rəngi qoymaq istəyirsizsə, ağların yox olması elə də mümkün olmayacaq. Amonyaklı boyalar isə pulcuqlardan içəri girib saçın bütün tellərini boyayır. Əlbəttə, bunu, boya işini yaxşı bilən insana həvalə etmək düzgündür. Özəllilkə hamilə qadınlara bitki mənşəli boya istifadə etmək tövsiyə edilir.
 
Saçınıza işinizlə bağlı olaraq çox fenləyirsiz və bunun saçınıza zərər verəcəyindən qorxursuz?  
Saça müəyyən bir dərəcədə istilik vermək elə də zərərli deyil. Ancaq saçın daha çox istiliyə məruz qalması onu qurudur. Bilmədən, elə belə şəkildə fen çəkmək saçı həm  qurudar, həm də qırar. Fen fırçası da önəmlidir.
 
Saçda dəyişiklik etməyin əhvalla bir əlaqəsi varmı?
Statiskaya görə, insanlar daha çox əhvallarının pis olduğu vaxtlarda saçlarında müəyyən dəyişiliklər edirlər. Ancaq əhvalınız yaxşı olmadığı vaxtlarda saçınızda edəcəyiniz dəyişikliyə görə sonradan peşman da ola bilərsiz. Buna görə saçınızı dəyişdirmədən əvvəl dəqiq düşünün
 
Saça nə vaxt boya vurmaq olar ?
Saçın normal aylıq uzanması 1 sm-dir. Üç həftə, ya da 1 aylıq fasilə ilə boya vurula bilər. Tez-tez rəng dəyişdirmək isə düzgün deyil.
 
Saç məhsullarının həqiqətən saça zərəri varmı?
Hər məhsulun faydalı qismləri də var. Baxır məhsulun düzgün istifadəsinə. Saçınız  yağlıdırsa və quru saçlar üçün məhsul istifadə edirsizsə, saçınız daha da çox yağlanacaq. Unutmayn ki, hər məhsulun hər insana faydası eyni olmaya bilər. Aspirin birinin baş ağrısını kəsir, digərinə heç fayda etmir.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 3 578
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri