Xanımlar diqqət: saç boyaları xərçəng əmələ gətirir

Müəllif: Qlamurr
Şərhlər: 12
Baxılıb: 2 766
Səs ver:
(səs: 5)
Hər yaşda gözəl və cavan görünmək hər kəsin arzusudur. Ancaq bəzən gözəlləşmək həvəsi xəstəliklərə də səbəb ola bilir. Dünya Qida və Tələbat Maddələri Yoxlama və Sertifikalama Araşdırmaları Dərnəyi aparılan araşdırmalar nəticəsində bəzi saç boyalarının lenfoma və sidik kisəsi xərçəngi kimi xəstəliklərə səbəb olduqlarının aşkar edildiyini bildirib. Daha gözəl və ya daha cavan görünmək üçün saç boyamağa davam edənlər xəstəliklərə yaxalanma riskini gözə almış olurlar. Saç boyalarının, lenfoma xərçəngi riskini artırdığı aşkar edilib. Barselonadakı Katalon Onkologiya İnstitutundan Doktor Silvia de Sanjose ilə həmkarlarının araşdırması saç rəngləndiricilərinin 1980-dən əvvəl istifadə etməyə başlayan qadınların lenfoma riskini artırdığı vurğulanıb. Araşdırmada saçlarını boyayanlar arasında bu xəstəliyə yoluxma riskinin 19 faiz çox olduğu bildirilərkən, saçlarını ildə 12 dəfə və ya daha çox boyayanların xəstəliyə yaxalanma riskinin yüzdə 26 daha çox olduğu qeyd edilir. 15 il ərzində saçlarını tez-tez xüsusilə də tünd rənglərlə boyayan qadınlarda sidik kisəsi xərçənginə yaxalanma riskinin heç boyamayanlara nisbətən 3 dəfə daha çoxdur.
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 2 766
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri