Neon saç dəbi

Müəllif: Catwoman666
Şərhlər: 7
Baxılıb: 6 963
Səs ver:
(səs: 1)
Saçınızı bu rənglərə boyadacaq qədər çılğınsınızsa,nümunələrə nəzər yetirin.
İlk öncə bildirək ki,bu rəng tonlarını əldə etmək olduqca çətindir.Hər rənglə əlaqədar məsləhətlərə nəzər yetirin.

1.Ən çox istifadə edilən qırmızı tonlar.
İlk öncə onu deyim ki,dəsmalların düşməni olan rəngdir.Saçınızı nə qədər yuyursanızsa yuyun,dəsmalınızda o rəngə boyanacaq.
Bu rəng tonu,sadəcə gözləri qəhvəyi rəngdə olan xanımlara yaraşır.Gözləriniz qəhvəyidirsə mütləq saçınızı bu rəngə boyayın.Gözlərinizin rəngi əvvəlkindən daha çox nəzərə çarpacaq və daha gözəl görünəcək.Lakin,tövsiyəm mütləq gözlərinizə qara qələm,və ya sürmə çəkin.

2.Çətin rənglər.
Ən çox bəyənilən,lakin,çətin əldə edilən rəngdir.Buz mavi+bənövşəyi ya da ultrabənövşəyi tonların qarışığı ilə alınır.Bunun üçün saçınızın tonunu açıq sarı olana qədər açın.

3.Bu rəng üçün saçınız platin rəngdə olmalıdır.
Ya da yuxarıda qeyd etdiyim boz rəngin üzərində yaxşı alınar.
Daha çox əsmər xanımlara yaraşır.

4.Pərilərin saç rəngi
Təbii saçınız tünddürsə,bu rəngi əldə etmək üçün saçınıza zərər verəcək kimyəvi maddələrdən çox istifadə etməli olacaqsınız.Saçınızı hər yuduğunuz zaman,rəng açılıb getdikcə sarı tonları əldə edir.Bunun üçün saçınızı hər 10 gündən bir rəngləməli olacaqsınız.

5.Yaşıl tonları
Saçınızın normal rəngi şabalıdı rəngdədirsə,sarı rəngi əldə edənə qədər açın,sonra yaşıl rəngə boyayın.Bu qədər sadədir.

6.Çılğınların rəngi Çəhrayı.
Bu rəngi əldə etmək istəyirsinizsə saçızınız açıq boz rəngdə olmalıdır.Gördüyünüz kimi əsmər xanımlara da pis yaraşmır.

Və yaxud da mən tək ton yox Göyqurşağı ilə rəqabət aparmaq istəyirəm deyirsinizsə,buyurun.


(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 963
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri