Saç botoksu nədir?

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 33 019
Səs ver:
(səs: 1)
Saça da botoks edilərmi deyə soruşduğunuzu eşidər kimi oluram, amma bəli saçlara da botoks tətbiq olunaraq daha gözəl və daha həcmli görünə bilərlər. Saç botoksu saçlara keratin yüklənməsi əməliyyatıdır. Bu vəziyyətdə əvvəlcə sizlərlə keratinin nə olduğunu paylaşım. Keratin dişlərdə, dırnaqlarda və saçlarda olan bir zülaldır və saçın en xarici təbəqəsində olan keratin zülal lifləridəndən meydana gələr.
 

Qadınlar.Biz xəbər verir ki, keratin saça parlaqlıq, elastiklik, yumşaqlıq və güc təmin verir. Zəifləyən saçlarda zamanla quruluq, qbıqlanma, qırıq və qabarıqlıq kimi sağlamolmayan görünüşlər meydana gələr və zamanla saçlar zəif, sönük və mat bir hal alar. Bu səbəblə də davamlı olaraq mənfi təsirlərə məruz qalan saçlarımızın zamanla zəifləməməsi və zəifləyən saçlarınbərpa edilməsi üçün saçlarımıza keratin baxımı yəni saç botoksu etdirməliyik. Keratin baxımı saçlardaki qabqlanma və zəifləməni aradan qaldıraraq saçların sağlam görünməsini təmin edərək saçlara canlılıq və parlaqlıq qazandırar. Professional saç botoksu bərbərlərdə etdirilə bilər.

Saç botoksu necə edilir:
Saç botoksu üçün əvvəlcə saçlar natrium ehtiva etməyən şampunla iki dəfə yuyulub ,dəsmal ilə nəmi alınır. Sonrasında isə saçlar hissələr ayrılaraq keratin kremi hər hissəyə yavaş yavaş tətbiq olunur. Saçlara keratin sürtülməsi tamamilə bitdikdən sonra 30-40 dəqiqə bu şəkildə gözlənilir. Sonrasında ən başda saçımızın yuyulduğu şampunla saçlar bir dəfə daha yuyulub, dəsmal ilə nəmi alınır. Sonrasında isə çox az miqdarda keratin tərkibli saç bərpa edici serum saçlara sürtülərək fırça ilə yüngül fen çəkər saçlar qurudulur. Sonrasında isə saçları incə hissələr halında düzləşdirici ilə düzləşdirirlər . Bu şəkildə edilməsinin səbəbi isə keratini saçlara yaxşıca hopdurmaqdır. Bu əməliyyatdan sonra 48 -72 saat saçınızı yumursunuz, bu müddətdə keratin saça daha çox təsir edir. Keratin baxımı sonrasında parlaq, daha dolğun və yumşaq saçlarınız olacaq.
Keratin baxımı hər saça eyni nisbətdə təsir etməz. Saçınız çox incə telli, sağlam bir saçsa bu baxım saçınızda ağırlaşma yarada bilər. Keratin baxımı xüsusilə zəifləmiş saçlarda daha yaxşı təsir edən, saçı yenidən gücləndirən bir əməliyyatdır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 33 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri