Saç tökülməsinə qarşı möcüzəvi resept

Müəllif: Menim balam
Şərhlər: 6
Baxılıb: 4 133
Səs ver:
(səs: 3)
Bu yazıya rast gələndə dəfinə tapmış kimi sevindim və sizlərlə də bölüşmək istədim.
 
Xanımlar bu gün internetdə Selcan xanımın verdiyi bir saytda yaş maya ilə quru mayanı necə əvəz edərəm ona baxırdım. Sonra quru maya haqqında başqa məlumatlara baxmaq istədim və aşağıdakı yazıya rast gəldim. Inanın dəfinə tapmış kimi sevindim və sizlərlə də bölüşmək istədim.

"İllərdir önünə keçə bilmədiyim bir saç tökülməm vardı. Bu mövzuda hər cür araşdırmanı etdim. Sınamadığım şey qalmadı. Tökülmə üçün istifadə edilən bütün şampunları sınadım. Tam ümidimi kəsmişkən internetdən mayanı eşitdim son olaraq. Bunu da edək dedim və nəticə inanılmaz idi. İlk istifadədən etibarən tökülməm bir anda kəsildi. Bəlkə sizlərdə də işə yarayar deyə bura yazıram. Nə qədər böyük bi dərd olduğunu ən yaxşı anlıyan insanlardan biriyəm hərhalda. Ona görə bir adama belə köməkçi olsam çox xoşbəxt olacam".

İlk sınağımı quru maya ilə etdim. Bunun üçün 1 stəkan ilıq suya 4 yemək qaşığı maya əlavə edib əridirəm. Saç diblərimə masaj edərək yedirib saçıma sarafan (bone) keçirib dəsmalla bükürəm,1 saat gözlədirəm. sonra yaxşı-yaxşı şampunla yuyuram. Inanın ki, gündəlik 100-150 tel tökülən saçlarım artıq 15 tel ancaq tökülür ve maya xəmiri qabartdığı kimi saçlarımı da gurlaşdırdı. məncə yoxlamağa dəyər,çünkü mayanın tərkibində saçımıza ziyan edəcək heç bir maddə yoxdur. Həftədə 2 dəfə etmək məsləhətlidi.

Bu quru maya ilə saçımın tökülməsinin dayanacağına elə inandım ki, sabahdan istifadəyə başlayacam. Inşallah, xeyri olar hamımıza.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 4 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri