Saçlarınız tez yağlanırsa

Müəllif: arzum-aysum
Şərhlər: 6
Baxılıb: 3 911
Səs ver:
(səs: 0)
Saçların tez yağlanması bir çox qızları narahat edən məsələdir.

Saçlarınız tez yağlanırsa


Çox toxunmayın
Saçları çox daramaq və toxunmaq saçların yağlanması ilə nəticələnir. Saçlarla oynayanda əllərin təri, piy və kirlər saçlara hopur. Saçları tez-tez daramaq da yağ istehsalını artırır.

Qaynar su istifadə etməyin
İsti su saç dərisini qurudaraq yağ istehsalına səbəb olur. Odur ki, saçınızı yuyanda suyun isti olmamasına diqqət edin. Suyun normal temperaturu ilıq olmalıdır.

Kremli şampunlardan uzaq olun
Düzgün şampunu seçmək hər bir saç tipi üçün çox əhəmiyyətlidir. Yağlı saçlara sahib olan xanımlar da saçların tez yağlanmasının qarşısını almaq üçün kremli şampunlardan istifadə etməyin. Eyni zamanda saçları yaxşıca yaxalayın. Yaxşı yaxalanmayan saçlar da tez yağlanır. Həftədə 1-2 dəfə kəpəyə qarşı şampun istifadə edin.

Saçlarınızı tez-tez düzləşdirməyin
Fen istifadəsi və temperatur da yağ istehsalını artırır. Odur ki, saçlarınızı tez-tez düzləşdirməyin.

Qidalanmaya diqqət edin
Hədsiz yağ istehsalına səbəb olan və dərini yağlandıran yeməklərdən uzaq durun. Yağlı dəri həm də yağlı saçlar deməkdir. Saçları tez yağlanan insanlar xüsusilə fast-food qidalarından uzaq durmalıdır.

sağlamolun.az
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 911
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri