Saç tipinə görə saça qulluq

Müəllif: Pure Love
Şərhlər: 10
Baxılıb: 5 297
Səs ver:
(səs: 0)
Düz saçların baxımı necə olmalı?
1. tip: İncə tellidir və ümumiyyətlə şəkil vermək, dalğalı hala gətirmək qeyri-mümkündür. Bu tip düz saçları, yağlanıldığı zaman yumaq və hər gün qarışmasın deyə daramaq lazımdır. Eyni zamanda bu saçlarda, qalın toxa və ya saç aksesuarları saçı ağırlaşdıracaq və daha tez yağlanılmasına səbəb olacaq. Formaya salmaq üçün quru şampun istifadə edə bilərsiniz.

2. tip: Üst tərəfi düz ucları yüngül dalğalı olan saçlardır. Bu tip saçları, hər gün daramağınıza ehtiyac yoxdur. Lazım olduğu zaman yumağın kafidir. Forma vermək üçün isə saç spreyi istifadə edə bilərsiniz.

3. tip: Qalın telli və dümdüzdür. Bu tip saçları isə 3 gündə bir yumalısınız. Qabarmaması üçün yaşkən darayın. Saçınıza saç maşasının istiliyindən qoruyacaq doğru yağları tətbiq etsəniz, etdiyiniz dalğaları yaxşı tutacaq. Qabarmaması üçün saç serumu istifadə edə bilərsiniz.

Dalğalı saçların baxımı necə olmalı?
1. tip: Dalğa və qıvrımların aralarda olduğu saçlardır. Bir çox qadın saçlarını duşdan sonra düzləşdirər amma bu saç sağlamlığı baxımından yaxşı bir həll deyil. Bu tip saçları yuduqdan sonra öz halında qurumalarına icazə verin.

2.tip: Yayılmış dalğaların olduğu saçlardır. Bu tip saçları, ehtiyacınız olduğunda, yağlanıldığı zaman yumalısınız və yaşkən daramalısınız. Formaya salmaq üçün ən yaxşı üsul əllərinizdir, heç bir isidiciyə və ya saç şəkilləndiricisinə ehtiyacınız yoxdur. Gecə çölə çıxacaqsınız və fərqli bir şey istəyirsinizsə saç köpüyü və barmaqlarınızla forma verə bilərsiniz.

3.tip: Qalın və gurdur. Bəzi dalğaları çox canlı və cazibədarkən bəziləri isə zəif qıvrımlardır. Şəkilləndirmək üçün saç yağları ilə barmaqlarınızı istifadə edin. Həftədə bir xüsusi baxım tətbiq edin, yaşkən darayın.

Buruq saçların baxımı necə olmalıdır?

1. tip: Böyük və sıx dalğalar görülər. Bu tip saçları, 4 gündə bir yuyub yalnız yuyunduqları zaman darayın. Saçlarınızı istilikdən qorumaq üçün dəsmalla qurutmağı seçin. Baxım üçün saç yağlarını istifadə edin. Düzləşdirmədən əvvəl qoruyucu yağ istifadə edin.

2. tip: Çiyin üzərində və ya xəttində olan gur dalğalı saçlardır. Bu tip saçları, 4 gündə bir yuyub darayın. Dəsmal köməyiylə və ya öz halında qurumasına icazə verin. Saç yağlarını yaşkən tətbiq etsəniz daha təsirli qoruma əldə edə bilərsiniz.

3. tip: Bu tip buruq saçlar, ən qalın və ən/en buruq olan saçlardır. Çox çox qabarıqdır və form verməyə çalışmaq çox çətindir. Qabarıq və püskül püskül olmuş qıvrımlardan qaçınmaq üçün saç yumşaldıcı və dərin təmizləyici xüsusiyyəti olan xüsusi təmizləyici məhsullar istifadə edin. Bu elektriklənməyi və qabarıqlığı önləyəcək.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 297
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri