Günəş saçlarınızı xarab edib?

Müəllif: Efsuw2016
Şərhlər: 5
Baxılıb: 1 737
Səs ver:
(səs: 1)
Yay aylarında dəniz və hovuzdan dolayı korlanan saçlarınızı yenidən canlandırmaq zamanı gəldi.
Qadınla.Com bununla bağlı sizə faydalı məlumatlar verir.

Saç və dəri sağlamlığına dəstək: kakos yağı
Araşdırmalarda kakos yağının dərinin nəmləndirilməsində əhəmiyyətli bir rolu olduğu ortaya çıxıb. Onun tərkibində olan turşu sayəsində xarab olan saç uclarına baxım edərək yumşaq və parlaq bir görünüş əldə etmək mümkündür. Xoş bir qoxuya sahib olduğu üçün təbii bir kosmetik vasitə olaraq da seçilə bilər. Yanğına qarşı Antiinflamatuar (yanğı aparıcı) özəlliyi olduğundan revmatizm ağrılarında, əzələ problemlərində tibbi yola dəstək kimi istifadə edilir.

Nəmləndirici badam yağı
Badam yağı, quru və çatlaq dərilərin yumşalması və nəmləndirilməsində istifadə edilə bilir. Badam yağı xaricə vurulduqda, saç, saqqal, qaş və bığların daha gur və sağlıqlı uzanmasına şərait yaradır. Badam yağı, həm də sədəf, eqzema kimi dəri xəstəliklərində və əməliyyat sonrası qalan yara izini azaldır.

Dırnaq və saç sağlığına dəstək: Gicitkən toxumu yağı
Avropada gənclik yağı kimi bilinən gicitkən toxumu yağı tərkibindəki AHT (Alfa Hidroksid Turşusu) sayəsində dəri hüceyrələrini yeniləyir və əzələ toxumasını gücləndirir. Xüsusilə yağlanma və kəpək kimi problemlərə qarşı istifadə edilə bilər. Daxili istifadədə isə həzm sistemini gücləndirməyə yardımçı olur.

Eyni zamanda çoxlarınızı ən çox narahat edən isə quruluq və kəpəkdir. Yeni Lavanda tərkibli Head&Shoulders saçlarınızı 100 faizə qədər kəpəkdən* qoruyaraq onları kökdən ucuna qədər qidalandırır və nəmləndirir. Saçlara forma vermək və daramaq işini asanlaşdırır. Beləliklə saçlarınız inanılmaz dərəcədə yumşaq və gözəl olur.

* Müntəzəm istifadə zamanı gözlə görünən kəpək

http://hs.qadinla.com/
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri