Hamiləlikdə stress təhlükəlidir

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 468
Səs ver:
(səs: 0)
Sürix Universiteti (İsveçrə) alimləri aşkar ediblər ki, hamiləlik zamanıuzunmüddətli xroniki stress dölün inkişafına mənfi təsir edir və uşaqda bəzi xəstəliklərin riskini artırır.
The Daily Mail xəbər verir ki, qısamüddətli güclü olmayanstress uşağın inkişafına mənfi təsir etmir. Əksinə belə streslər bəzən hətta faydalıdır.

Stress zamanı insanın orqanizmində bəzi hormonlar (kortikoliberin, kortizol və s.) ifraz olunur. Bu hormonlar dölyanı mayeyə düşür və uşağın inkişafına təsir edir.

Kortikoliberin uşağın inkişafını stimullaşdırır və vaxtından əvvəl doğulmuş uşaqların yaşama ehtimalını artırır. Lakin xroniki stress zamanı bu hormonun səviyyəsi daim yüksək olur ki, bu da dölün inkişafını sürətləndirərək inkişaf pozulmalarının riskini artırır.

Belə ki, hamiləlik zamanı güclü xroniki streslər uşaqda ürək xəstəliklərininvə hiperaktivlik sindromunun riskini artırır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri