Sağrı gəlişi, körpənin tərs gəlməsi

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 4 282
Səs ver:
(səs: 0)
Bu vəziyyət normalda doğuş kanalına başı ilə girməli olan uşağın anormal olaraq bud və ya ayaqları ilə girməsidir. Yəni normalda ana bətnində uşağın başı aşağıda olması lazım olarkən dalı aşağıda isə bu sağrı gəlişi adlanır. Hamiləliyin ilk aylarında və orta aylarında tərs dayandığı görülən körpələr əksəriyyətlə son aya qədər dönürlər və düz mövqeyə gəlirlər. Sağrı inkişafı, doğuş zamanı yaxınlaşmış hamilələrin 3-4 %-inda müşahidə olunur.

Səbəbləri, risk faktorları:
1.Yarımçıq doğulma (Normal hamiləlik müddəti ən az 9 ay 15 gün olmalıdır. Yəni normal hamiləlik 38 həftə ilə 42 həftə arasında sürür. Hamiləlik 37 həftədən əvvəl yekunlaşarsa doğulan körpəyə vaxtından qabaq doğulmuş uşaq adlanır.)
2.Plasenta previa, ana bətnindəki körpə (fetus) ilə hamilə arasında əlaqəni təmin edən və "uşağın cift hissəsi" olan plasentanın, körpə ilə doğuş kanalının arasında olması (yəni doğum kanalını kapaması) halıdır. Bu halda plasenta, uşağın aparıcı hissəsindən daha aşağıda yəni serviksin (rahim ağzının) qonşuluğundadır.
3.Oligohydramnion- dölyani mayenin az olması
4.Polihidramnios- dölyani mayenin çox olması
5. Miotonik distrofiya
6.Anadangəlmə anomaliyalar (Hidrosefaliya, anensefaliya)
7.Xromosom anomaliyalar (Trisomiya 21, 28, 13)
8. Əkiz, üçəm hamiləlik
9.Grand multiparite (5ten artıq doğum etmiş olmaq)
10.Daha əvvəl sağrı doğumu etmiş olmaq
11.Uşaqlıq anomaliyaları
12.Kiçik çanaq orqanlarının şişləri

Doğumdan əvvəl aparılan ultrasəs bu vəziyyət aydınlaşdırır.
Sağrı gəlişi olan vəziyyətlərdə müxtəlif meyarlara görə normal yada vaginal yoldan doğula bilər. Hər zaman aşağıdakı meyarlar kifayət olmaya bilər, hər doğumda olduğu kimi ananın müayinəsi və ultrasəs qiymətləndirməsi qərarı müəyyən edir. Günümüzdə sağrı gəlişi müəyyənləşdirilən körpələr əksər vaxtı keysəriyyə ilə doğulur, bəzən isə risk olunmayanda xüsusilə daha əvvəl doğuş keçirmiş qadınlarda normal doğuş seçilir.

Normal (vaginal) doğuş belə hallarda təklif edilir:
Saf sağrı tipində, 34 həftənin üstündə olanlar hamiləlik, təxmini doğuş çəkisi 2000-3500 qr. arasında olan hallarda, körpənin doğuşdan gələn xəstəlik yox isə, doğum aktı irəliləmiş isə, ana çanağı dar deyilsə.

Keysəiyyə bu hallarda təklif edilir:
Tam sağrı gəlişi, ayaq gəlişi, erkən doğum, iri körpə, canaq darlığı

Sağrı doğuşun (tərs doğuş) ağırlaşmaları, riskləri:
Körpənin tərs dayanması halında normal hamiləliyə görə artan bəzi risklər və təhlükələr aşağıda sadalanmışdır, bu təhlükələr sağrı gəlişi yəni tərs olaraq doğulan uşaqların hamısında olmur, sadəcə, risk artımı vardır.
Cift sallanması
Çətin doğuş
Keysəriyyə faiz artma
Doğuş kanalında yırtılma
Uşaqlıq atoniyası
Döldə bazu, körpücük, bud sınığı
Brakial pleksus yaralanması
Döldətoxumluq zədələnməsi, beyin zədələnməsiı, intrakranial qanaxma, asfiksiya

Hamiləlikdə uşağın tərs dayanması necə başa düşülür?
Ana namizədinin özünün bunu anlaması mümkün deyil. Uşağın vəziyyətini anlamaq üçün ultrasəs aparılması kifayətdir. Ultrasəs müayinəsi qədər dəqiq məlumat verməsə də əl ilə müayinə də həkimə uşağın vəziyyətini anlamağa kömək edir .

Tərs dayanan körpə necə dönür?
Hamiləlikdə ana bətnində tərs duran körpələrin çoxu sonrakı aylarda öz-özünə düzəlir. Uşağın vəziyyətinin düzəlməsi üçün ananın və ya həkimin edə biləcəyi bir şey yoxdur, uşaq özünə qayıda bilər. Körpənin düzəltmək üçün, yəni baş aşağı qayıtması üçün ana bətninə təzyiq tətbiq edilməsi, təhlükəli hərəkətlər edilməsi təhlükəlidir. Hamiləlik ayları irələrdikçə körpə daha çox böyüdüyü üçün uşaqlıq içərisində sahə daralır uşağın qayıtmaq şansı azalır, yenə də hamiləliyin son günlərində belə qayıdan uşaqlar olur.

Körpənin tərs gəlməsi halında nə etməli?
Hamiləlikdə başqa bir problem yoxsa hamiləlik təqiblərinə müntəzəm davam etmək və uşağın dönüb dönməməsinə görə həkimlə birlikdə doğuş şəkli haqqında görüşməkdən başqa edilə biləcək bir şey yoxdur.

Tərs duran körpələr nə vaxt doğur?
Hamiləlikdə uşağın tərs dayanması doğum müddətini dəyişdirmir. Tərs duran körpələrin erkən və ya gec doğma riski daha da çox deyil, təxminən doğuş müddəti düz duran uşaqlar ilə eynidir. Tərs gələn körpələrin də çoxu 37-40 həftə arasında normal doğuş və ya keysər kəsiyi ilə dünyaya gəlir. 37 həftədən əvvəl doğuşun reallaşmasına erkən doğuş deyilir. Gün keçməsi 41-42 həftənin dolmasına baxmayaraq, ağrıların başlanmamasına deyilir ki, bu halda eyni düz duran uşaqlardakı üsullar aiddir, ancaq sağrı gəlişi gələn körpələrin gün keçməsi halında keysər kəsiyi əməliyyatı ilə doğulmaları daha ehtimal olunandır.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 282
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri