Məsləhətlər: hamiləlik planlaşdıraraq nə bilmək lazımdı

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 2 442
Səs ver:
(səs: 0)
Müasir cütlüklər artıq ona gəldilər ki, hamiləlik planlaşdırmaq və böyük məsuliyyətlə bu hadisəyə yaxınlaşmaq lazımdır. Planlaşdırma – bir çox amillərin tutuşdurulmasıdır, həmçinin onlar sağlamlıqla bağlıdır. Axı, körpə bətn həyatının birinci dəqiqələrindən ən yaxşısını alması üçün, hələ mayalanmadan əvvəl gələcək ana öz sağlamlığına qayğı göstərməlidir, çünki ümumi vəziyyət, və istənilən dərmanlar, hamiləliyə təsir edə bilərlər.

Həkimin konsultasiyası
Əgər siz hamilə qalmağa qərar verdinizsə, həkimin konsultasiyasına, tibbi müayinəyə və qanın analizinə məhəl qoymamayın. Mayalanmadan əvvəl həkimə baş çəkmək məcburidir, əgər sizdə belə xroniki xəstəliklər var, epilepsiya, astma və ya diabet.

Nəzərdə tutun ki, əgər siz hər hansı xəstəlikdən müalicə olunursunuzsa, onda siz hamilə olmağa qərar verməzdən əvvəl, müalicəyə bəzi düzəlişləri daxil etmək lazım olmacaq, çünki dərmanların müəyyən növləri gələcək uşağa ziyan gətirə bilər. Məsələn, hamiləlik zamanı angvil səpgisinin ağır halların müalicəsi üçün bəzi dərmanları qəbul etmək təhlükəlidir.

Amma, bu və ya digər dərmanların qəbulunu dayandırıb və ya, müalicənin üsulunu dəyişdirib, nəzərə almaq lazımdır ki, bir müddət orqanizmə uyğunlaşmaq üçün lazım olacaq. Həkimə baş çəkin, ən azı, planlaşdıran mayalanmadan üç ay əvvəl, çünki müalicənin ən effektiv və təhlükəsiz metodunu müəyyən etmək hamiləlikdən əvvəl əhəmiyyətlidir.

Reseptsiz (məsələn, ibuprofen) buraxılan bəzi dərmanlar həmçinin çəkinmək daha yaxşıdır, bir halda ki, onlar hamiləliyin erkən müddətlərində təhlükəsiz deyillər

Doğuşdan əvvəlki müayinə
Müayinə – bu çox gözəl imkandır ki mütəxəssislə hər nə sizi sağlamlıq planda narahat edir müzakirə etmək.

Həkim, ehtimal ki, sizi soruşacaq:
Sizin sağlamlığınız vəziyyəti və həyat tərzi haqqında
Necə siz qidalanırsınız haqqinda
Aybaşıilə problemlər varmı
Nə qədər fəal siz fiziki tapşırıqlarla məşğul olursunuz
Sizə təhlükəli maddələrlə işləmək lazım olurmu
Sizin psixi vəziyyətiniz haqqında, məsələn, o haqda, siz indi əzab çəkirsinizmi və ya depressiyadan keçmişdə əzab çəkmisinizmi
Çəki. Əgər sizdə artıq çəkiniz varnı, və bədənin indeksi (İMT) 30 və ya yuxarıdı, həkim sizə arıqlamağa tövsiyə edəcək. Çəkinin itməsi sizə mayalanma şanslarıvızı artıra bilər və dölün inkişafının sağlam başlanğıcını təmin edəcək.

Əgər sizin çəkiniz normadan aşağıdı, həkimə İMT artımının sağlam üsulları tövsiyə etməyi xahiş edin. Həddindən artıq aşağı İMT-lə qadınlar qeyri-müntəzəm menstruasiya dövrünə malik olmağa daha çox meyllidir, və, müvafiq olaraq, onlarda ovulyasiya hər dəfə olmur. İMT normasında 19-dan 25-ə qədər olmalıdır.

Həkim sizdə aşağıda ki xəstəliklərin olduğu ilə maraqlana bilər:
diabet
astma
hipertoniya

Bundan əlavə həkimə demək faydalıdı:

Sizin ailə üzvlərinin irsi xəstəlikləri haqqinda. Əgər qohumların birində Daun sindromu, oraq hüceyrəli anemiya, talassemiya və ya kistik fibroz varidi sə, hekimə deyin, o lazım olan tövsiyələr verəcək.

Sizin istifadə etdiyiniz kontraseptiv metodlar haqqında. Kontraseptiya metodların çoxsu istifadəni kəstikdən sonra, hamilə qalmaq üçün nə qədər vaxt lazım olduğuna təsir göstərmir. Əqər siz kontraseptiv iynəksiyalardan istifadə etmisiniz, onda mayalanma imkanını bərpa etmək üçün 1 il sonuncü inyeksiya günündən sonra lazım ola bilər.

Həkim sizdə abort, düşük və ya ektopik (uşaqlıqdankənar) hamiləlik olması ilə maraqlana bilər. Bu xatirələr sizin üçün çox xoşagəlməz ola bilər, lakin nəzərə almaq lazımdı ki ən yaxşı prenetal qayğı təmin etmək üçün, həkim sizin keçmişdə nə olduğunu bilməyi vacibdir.

Tibbi müayinələr
Tibbi müayinələrin əhtiyacı, sizin sağlamlığınızın ümumi halindan aslıdır. Həkim aşağıdaki müayinələri təyin edə bilər:

Qan analizi. Əgər həkim sizdə qan azlığından şübhələnərsə, sizə qan analizinə göndəriş verəcək. Sizin ailə anamnezinizdən asılı olaraq, sizə orağabənzər-hüceyrə anemiyası, Tey-Saks xəstəliyi və talassemiya kimi genetik pozuntuların olmasını yoxlamağı təklif edə bilərlər. Əgər məxmərəyə qarşı immunitetiniz olduğuna əmin deyilsinizsə, yenə də sizə bunu dəqiqləşdirmək üçün qan analizi verməyi təklif edəcəklər.

Cinsiyyət yolu ilə keçirilən gizli infeksiya formalarının müəyyənləşdirilməsi üçün analiz (CYKİ). Əgər bu sizi narahat edirsə, cinsiyyət yolu ilə keçirilən belə infeksiyaların gizli formalarını müəyyən etmək üçün həkimdən sizi aşağıdakı analizlərə göndərməyi xahiş edin.
hepatit B
xlamidioz
sifilis

İnsanda immun çatışmazlığı virusu (İİÇV)
Siz bu analizləri poliklinika və ya xəstəxanada verə bilərsiniz. Unutmayın ki, hamilə olmazdan əvvəl cinsiyyət yolu ilə keçirilən belə infeksiyaların müalicəsi sizin hamiləliyinizin uğurlu keçməsi şansını xeyli artırır.

Uşaqlıq boynundan yaxma.
Axırıncı dəfə uşaqlıq boynundan nə vaxt yaxma analizi etdirdiyinizi xatırlayın. Əgər növbəti analizi bir il sonra etməlisinizsə, onda vaxtı uzatmadan bunu elə indi edin. Adətən, bu proseduru hamiləlik dövründə etmirlər, çünki bu, uşaqlıq boynunda dəyişikliklər yarada bilər ki, bu da öz növbəsində analizin nəticələrini aydınlaşdırmaqda çətinlik törədər.

Mayalanmadan əvvəl peyvənd
Bir çox infeksiyalar uşaqsalmaya və ya uşaqlarda anadangəlmə qüsurlara səbəb ola bilər, buna görə də peyvəndlərinizin vaxtının ötmədiyini yoxlayın. Əgər buna əmin deyilsinizsə, qan analizi sizin, məsələn məxmərək kimi xəstəliklərə qarşı peyvənd olunduğunuzu göstərəcək. Əgər canlı vaksina və ya vaksinasiya zəruridirsə, onu etdikdən sonra hamilə olmağa cəhd göstərməmişdən əvvəl bir ay gözləmək lazımdır ki, orqanizm ona daxil edilmiş virusdan azad olsun.

Tetanusa qarşı aktiv immunlaşdırmadan əvvəl bu barədə mütləq həkimlə məsləhətləşmək lazımdır. Əgər siz hepatit B virusuna yoluxmanın yüksək risk qrupuna aidsinizsə, siz bu xəstəliyə qarşı da sxemə əsasən peyvənd etdirməlisiniz.

Qida əlavələri
Elə ki, hamilə olmağı qərarlaşdırdınız, hər gün tərkibində 400 mkq foll turşusu olan qida əlavələri qəbul edin. Müəyyən olunmuşdur ki, onun qəbul edilməsi döldə sinir borularının onurğa çatları kimi defektlər yaranması riskini xeyli azaldır.

Xüsusən də hamiləliyin ilk həftələrində, hələ hamilə olduğunuzu bilmədikdə kifayət qədər foll turşusu qəbul etmək vacibdir. Məhz bu dövrdə sizin gələcək övladınızın beyni və əsəb sistemi sürətlə formalaşır.

Tərkibində foll turşusu olan əlavələri apteklərdən almaq olar, ancaq foll turşusunun sutkalıq dozası 5 mq qədər artırılmalıdırsa, sizə həkim resepti lazım olacaq. Aşağıdakı hallarda dozanın artırılması zəruridir:
anamnezdə sinir borusunun defektləri var
sizdə diabet var
sizdə qarın boşluğu xəstəliyi var
epilepsiyaya qarşı dərman qəbul edirsiniz
sizin bədən kütlənizin indeksi 30-dan yuxarıdır

Mayalanma üçün polivitaminlərin də qəbulu faydalıdır. Ancaq farmasevtlə məsləhətləşin və əgər D vitamini və foll turşusu qəbul edirsinizsə, onda tərkibində bunlar olmayan polivitaminlər qəbul edin. D vitaminini hamilə olduqdan sonra qəbul etmək tövsiyə olunur.

Siqaret, alkoqol və narkotiklər
Siqaret çəkmək, alkoqol və narkotik kimi zərərli vərdişlər gələcəkdə doğulacaq uşağın sağlamlığına mənfi təsir göstərə və uşaqsalma riskini artıra bilər. Yaxşı olar ki, siqaret çəkməkdən hamilə olandan sonra deyil, indi imtina edəsiniz.

Həyat tərzi
Həyat tərzi çox önəmlidir. Müntəzəm, ancaq yüngül idman məşqləri tövsiyə olunur. Məsələn, gündə parkda 30 dəqiqə sürətli addımlarla gəzmək olar. Bundan əlavə, möhkəm yuxu və tam istirahət çox əhəmiyyətlidir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 442
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri