Gələcək ananın aktivliyi: boş vaxtlarda nə ilə məşğul olmalı?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 628
Səs ver:
(səs: 0)
Çox zaman gələcək analar hamilə olduqlarını bildikdə fikirləşirlər ki, indi onlara hər şey qadağandır, bundan başqa, iki nəfərin yerinə necə yemək və yataq rejiminə necə əməl etmək olar? Bunlar artıq çoxdan təkzib edilmişdir və deməli, gələcək analar mütləq aktiv olmalıdırlar! Sevimli Baladan öz boş vaxtlarını sağlamlığa və xoş əhvali- ruhiyyəyə necə sərf etmək yolları haqqında tövsiyələr.

1. Hovuza yazılın.
Su eyni zamanda iki vəzifəni yerinə yetirir: həm yüngülləşdirir, həm də düzgün fiziki yük verir. Çətin ki, hər hansı bir başqa idman növünün belə göstəriciləri ola bilər. Öz-özlüyündə suda olmaq əhvala, əsəb sisteminə pozitiv təsir göstərir, üzərkən bütün əzələlər zəruri gərginliyi alır. Beləliklə, siz minimum travma və enerji ilə yüklənirsiniz və eyni zamanda, bədəninizi tonusda saxlayırsınız, bu da doğuş ağrıları və bilavasitə doğuş zamanı çox yerinə düşəcək. Əgər siz üzə bilmirsinizsə, bu, qorxulu deyil. Qadın klublarında hovuzların çoxu dərin deyil. Məhz ana olmağa hazırlaşan qadınlar üçün nəzərdə tutulmuş akva-aerobika dərslərini də diqqətinizə çatdırmaq lazımdır: bunlar dölə ziyan vurmadan fiziki yükü düzgün bölüşdürməklə yaxşı fiziki formada qalmağa kömək edir.

2. Kübar cəmiyyət adamına çevrilin.
İmkan daxilində cəmiyyətdə çox olun. İndi bu, sizin şüarınız olmalıdır. Hər ayın əvvəlində gedəcəyiniz yerlərin siyahısını tutun: sərgilər, maraqlı prezentasiyalar, ustad dərsləri, konsert və tamaşalar. Bir halda ki, şəhərimizdə maraqlı hadisə və tədbirlər çoxdur, deməli, sizə uyğun olanları seçmək o qədər də çətin olmayacaq. Gözəl filmlərə, maraqlı tamaşalara baxın, daha çox yeni informasiyalar alın, təkmilləşin, inkişaf edin, hər bir hadisə haqqında məlumatlı olun!

3. Hobbi.
Praktik olaraq, elə bir adam yoxdur ki, hər hansı bir maraqlı işlə məşğul olmaq istəyir, ancaq buna vaxtı çatmır. Məhz indi bu barədə düşünə bilərsiniz. Fortepiano dərsləri, yoxsa rəngkarlıq? Toxumaq, yoxsa ilmələrlə tikmək? Bəlkə saxsı ilə işləmək və ya sabun bişirmək? İstənilən halda, nə etsəniz, bu sizə ləzzət verməlidir. Yeri gəlmişkən, barmaqların uclarında çoxlu əsəb sonluqları var, deməli, xırda motorika çox faydalıdır.

4. Dəriyə qulluq.
Hamiləlik hormonal dəyişikliklərlə bağlı qadın orqanizminə müəyyən dəyişikliklər gətirir. Bu, dəriyə də öz təsirini göstərir. Hətta əgər dərinizdə çox yağlılıq və ya quruluq müşahidə edilməsə də, peşəkar kosmetoloqla məsləhətləşmək pis olmazdı; heç olmasa, üzünüzü masaj etdirər, sizin dəri tipinizə uyğun pilinq və ya maskaları sınaqdan keçirərsiniz. Əgər sizin qarnınız hələ görünmürsə, kosmetoloqa bu barədə özünüz məlumat verin ki, vasitələr daha diqqətlə seçilsin, sizin üçün mühüm olan belə bir dövrdə allergiyalar törətməsin.

Beləliklə, əgər siz su prosedurlarından razısınızsa, müasir rəssamların əsərləri və teatr premyeraları haqqında məlumatlarınız varsa, boş vaxtlarınızda sevimli işinizlə məşğul olur və dərinizə ciddi nəzarət edirsinizsə, niyə özünüzü dəbdə olan bir neçə aksessuarla sevindirməyəsiniz? Sizə yaylıqlar, pareo, kolye və ya qolbaq kimi maraqlı bijuteriya xoş gələ bilər! Xəsislik etməyin və ürəyiniz istəyənə pulunuzu xərcləyin! İnanın, bu da ana olmağa hazırlaşan qadınların xoş əhvalları planının bir hissəsidir!

Hamınıza möhkəm can sağlığı, xoş əhvali-ruhiyyə və müsbət emosiyalar arzulayırıq!

Əgər sağlamlıqla bağlı hər hansı bir problem, risk və s. varsa, mütləq öz həkiminizlə məsləhətləşin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 628
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri