Hamiləlikdə qan azlığı simptomları və həlli yolları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 8 127
Səs ver:
(səs: 0)
Hamiləlik dövründə görülən sağlamlıq problemlərindən biri də qan dəyərindəki azalmadır. Ana namizədlərini sıxıntıya salan bu vəziyyət körpəni riskə atmaması üçün edilə biləcək üsulları sizlər üçün sıraladıq. Qadinla.com hamiləlikdə anemiya əlamətləri və həlli yollarını sizə təqdim edir.

Anemiya növləri arasında tez-tez görülən dəmir çatışmazlığı, kişilərə nisbətən qadınlarda daha tez-tez rast gəlinir. Bunun səbəbi isə müntəzəm olaraq görülən reql qan sızması, qısa müddətli doğuşlar, süd və bağırsaq parazitləri qadınların dəmir ehtiyacını artıran hallardır.

Qandakı hemoqlobin dəyərinin az çıxması anemiya kimi ifadə edilərkən, hemoglobin oksigenin qan vasitəsilə hüceyrələrə daşınmasını təmin edir.

Hamiləlikdə qan azlığının simptomları nələrdir?

- HALSIZLIQ
- BAŞ GİCƏLLƏNMƏ
- NƏFƏS DARLIĞI
- ƏL VƏ AYAQDA UYUŞMA
- AĞIZDA YARA
- İMMUNİTET SİSTEMİNDƏ GÜCSÜZLƏŞMƏ
- OYNAQ YERİNDƏ AĞRI
- QAVRAMADA GERİLİK
- PİKA SİNDROMU

Yuxarıda bəhs edilən bütün əlamətlər ana namizədlərinin hamiləlik dövrü boyunca qarşılaşdıqları əlamətlərdəndir. Dolayısıyla, dəmir çatışmazlığını anlamağın ən qəti yolu qan analizidir.

Anemiya problemi necə həll olar?

Dəmir çatışmazlığı görülməsinin əsas səbəbi düzgün qidalanmamaqdan qaynaqlanır. Dəmir mənimsənilməsini azaldan ərzaqları yeməməyə diqqət göstərin.

C vitamini bol meyveler (limon, qreyfrut, portağal, naringi və s.), yaşıl yarpaqlı tərəvəzlər, pomidor, kivi, avakado, şaftalı, alma və banan dəmir mənimsənməsini artıran faydalı ərzaqlardandır.

Çay və qəhvə istehlakı səhər yeməyində həyata keçirəndə dəmir əmilimini artıran qidaların təsirini azaldır. Bu səbəblə çay və ya qəhvə içmək istəyirsinizsə yeməkdən 1 saat sonra istehlak etməlisiniz.

Dəmir alınımını artırmaq üçün çox miqdarda doşab istehlak etməyə çalışmayın. Əks halda bədəninizə çox miqdarda şəkər yükləməsi keçiriləcəkdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 8 127
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri