Hamiləliyin müxtəlif dövrlərində mama-ginekoloqun məsləhətləri

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 562
Səs ver:
(səs: 0)
Gələcək ananın özünü qorumalı olması yazılmış qanun kimi qəbul edilir. Lakin çoxu bilmir ki, hamiləlik zamanı elə dövrlər var ki, sağlamlıq üçün ziyan riski çox artır. Qadın “kritik dövrlərdə” ehtiyatlığını artıraraq vaxtında özünü yarana biləcək problemlərdən qoruya bilər.

Hamiləlik 9 təqvim və ya 10 akuşer ayı (onun orta davam müddəti sonuncu aybaşının ilk günündən 280 gündür) davam edir. Bu müddət ərzində mayalanmış yumurtahüceyrədən ana bətnindən kənarda sərbəst yaşama qabiliyyəti olan yetkin dölün əmələ gəlməsilə başa çatan mürəkkəb proses baş verir. 9 ay ərzində hüceyrələr aktiv bölünür, dölün toxuma və orqanları formalaşır, onlar arasında əlaqə yaranır.

Dölün bətndaxili inkişafında hər bir dövrün öz əhəmiyyəti var. Müxtəlif dövrlərdə rast gəlinə bilən dəyişikliklər və bu zaman həkim məsləhətləri barədə bu məqaləmizdə oxuya bilərsiniz.

Hamiləliyin birinci trimestrində orqanizmdə hansı dəyişikliklər baş verir?
Ən çox narahatçılıq törədən sinir oyanıqlığıdır.

Mama-ginekoloqun məsləhəti. Nə qədər sadə səslənsə də, hər şeydən əvvəl sakitləşmək lazımdır — bu müvəqqəti haldır. Bunlar, orqanizmdə gedən dəyişikliklərlə əlaqədardır, yəni orqanizm daxili dəyişikliklərə, ilk növbədə, hormonal fonun dəyişməsinə adaptasiya edir. Belə hallardan qorxmaq lazım deyil, müəyyən müddətdən sonra hər şey normaya qayıdır, orqanizm yeni vəziyyətinə öyrənir.

Çox vaxt hamiləlik zamanı qəbizlik — yoğun bağırsağın funksional pozğunluğu yaranır. Nə tədbir görmək olar?
İlk öncə qidalanmaya fikir vermək lazımdır:


bitki tərkibli qidalara üstünlük verilməlidir (alma, kələm, çuğundur, yerkökü və s.);
bütün salatlara maye yağ əlavə olunmalıdır;
axşamdan ərik və qara gavalı dəmlənir (3-5 meyvəyə 1 stəkan qaynar su əlavə edilib dəmə qoyulur), səhər acqarına meyvələr yeyilir, suyu içilir;
ürəkbulanma yoxdursa yemək qəbulundan 15 dəqiqə qabaq 1 xörək qaşığı zeytun və ya digər maye yağ qəbul etmək olar.
Bunlar yüngül vasitələrdir, amma kömək etməsə işlədici preparatlar (məsələn, dufalak) qəbul etmək olar.

Birinci trimestrdə bəziləri toksikozla — ürəkbulanma və qusma ilə qarşılaşır. Nə etməli?

Mama-ginekoloqun məsləhəti. Bu halın da öhdəsindən gəlmək olur. Bilmək lazımdır ki, dolu mədə ilə dişləri təmizləmək, maye və bərk qidaları qarışdırmaq olmaz. Bərk qidanı kiçik hissələrlə qəbul etdikdən 15-20 dəqiqə sonra çay və ya kofeinsiz kofe içmək olar. Adətən toksikoz hamiləliyin 12-ci həftəsinə qədər keçib gedir.

Hamiləlik zamanı çəkinin artması və ya azalması. Buna necə yanaşmalı?
Mama-ginekoloqun məsləhəti. Bütün qadınları çəki artımı narahat edir.

Birinci trimestrdə çəkinin azalması, sonradan isə normal artımı qeyd olunur.

Hamilə bilməlidir ki, normal çəki artımı həftədə 250-300 qramdan çox olmamalıdır. Daha çox çəki artımı patoloji sayılır, bu 3-cü trimestrdə təhlükəlidir. Belə hallarda mama-ginekoloq dietik günlər təyin edir.

Əgər qadın çəkisini heç artırmırsa, burada baxmaq lazımdır: qadın çox kökdürsə (2-3-cü dərəcəli piylənmə), onda o, hətta çəkisini itirə bilər, belə ki, piyin bir hissəsi uşağa istifadə olunur. Ancaq çəkinin patoloji artmaması da qeyd olunur — bu, ağır toksikozlar zamanı orqanizmin su itirməsi ilə əlaqədar (sutkada 10-15 dəfə qusma) ola bilər. Belə hallarda qospitalizasiya lazımdır.

Hamiləlik qadının xarici görkəminə necə təsir edir?
Adətən hamiləlik qadının xarici görkəminə müsbət təsir göstərir — sızanaqlar yox olur (vardısa), üz dərisinin rəngi, saçların strukturu yaxşılaşır.

Məsləhətlər: birinci trimestrdən başlayaraq aşağı ətraf venalarının vəziyyətini ağırlaşdırmamaq üçün hündür dabanlı və model ayaqqabı istifadə etməməli. Ayaqqabı yumşaq və rahat, supinatorla olmalıdır.

Dad hissiyyatı dəyişirmi?

Hamiləlik zamanı dad hissiyyatı dəyişir: məsələn, əgər qadın əvvəllər şirniyyata meylli idisə, hamiləlik zamanı əksinə turş və acı qidaları acgözlüklə yeməyə başlayır və s. Ancaq bu zaman acı və duzlu qidaları azaltmaq lazımdır ki, ödemlər əmələ gəlməsin.

Artıq birinci trimestrdən mama-ginekoloqun nəzarətində olmaq mütləq lazımdır. Qadınlar ya öz yaşadıqları ərazi üzrə qadın məsləhətxanasına, ya da öz seçimlərinə görə hamiləliyə nəzarət edən digər mama-ginekoloqa müraciət edə bilərlər.

İkinci trimestrdə nə baş verir?
Çəkidə artım və yeni dad istəkləri saxlanır. Emosional oyanıqlıq keçib gedir. Artıq xoş hissiyyatlar əmələ gəlir. Qarın böyüyür, dölün ilk tərpənişləri başlayır — bu ana ilə uşaq arasında ilk əlaqədir. Hormonal fon normaya qayıdır. Bu hamiləliyin ən xoş dövrüdür, qadın rahatlaşır və öz vəziyyətindən həzz alır.

Üçüncü trimestrdə nə baş verir?
Bu dövrün bəzi xoşagəlməz tərəfləri vardır: cinsi əlaqə çətinləşir, buna görə mama-ginekoloqlar doğuşa qədər cinsi pəhriz məsləhət görə bilərlər. Üzgüçülük hamiləliyin bütün dövrlərində müsbət qarşılanır, xüsusən də qadın aktiv həyat tərzi keçirmişsə, üzgüçülük digər fiziki məşqləri əvəz edə bilər.

Uşaqlıq yolundan axıntı artır, ödemlər əmələ gələ bilər. Bu həkimə müraciət etməyə səbəb yaradır.
Mama-ginekoloq məsləhəti. Qidalanmada düzəliş etmək lazımdır. Un məhsullarını, şəkəri yüksək olan meyvələri (üzüm, xurma və s.), acı, duzlu qidaları məhdudlaşdırmaq lazımdır. Üçüncü trimestrdə döl aktiv böyüdüyü üçün ana ət, toyuq, balıq və tərəvəz məhsullarına üstünlük verməlidir.

Xüsusi korreksiyaedici alt paltarı, onurğa sütununa düşən yükü azaltmaq üçün bandaj, varikoz əleyhinə corabların (onlar aşağı ətrafların ödemini azaldır, varikoz xəstəliyinin əmələ gəlməsinin qarşısını alır) geyilməsi məsləhət görülür.

Analıq məzuniyyəti dövrü. Doğuşa hazırlıq.
İşləyən qadınlar hamiləliyin 30-cu həftəsindən analıq məzuniyyətinə çıxmalıdırlar. Bu vaxt qadına ona görə verilir ki, o, özünə qulluq etsin və ailədə gələcək artıma hazırlaşsın, lazımi alış-veriş etsin.

Süd vəzlərini südverməyə necə hazırlamaq lazımdır?
Mama-ginekoloq məsləhəti. Hər axşam qadın duş qəbul etməli və duş zamanı süd vəzləri üçün gimnastika etməlidir. Bu belə olunur: gilələr ehtiyatla dartılır, süngər sabunlanır, süd vəzləri saat əqrəbi istiqamətində və periferiyadan gilələrə doğru masaj olunur. Hamamdan çıxdıqdan sonra dəsmalla gilə və giləətrafı sahə sürtülür. Bundan sonra mütləq piqmentli sahə hər hansı spirtli məhlul ilə (kalendula, çobanyastığı və s.) işlənməlidir. Bu gələcəkdə çatların əmələ gəlməsinin qarşısını alır. Səhər duşdan sonra qarın, sinə, bud və yanlara yağlı krem çəkilməlidir. Gilələri daha yaxşı hazırlamaq üçün süd vəzləri ilə büstqalter arasına kətan içlik qoymaq olar.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 562
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
YalniZ-ArZu
saytin yarisi hamiledi, Allah salamat elesin hamisin...cox etrafli xeberdir, buyurub oxuyun qizlar))
20 may 2019 22:07
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Hamilelik her kesde ferqlidir.Esasi ananin psixologiyasi pozulmasin
20 may 2019 19:21
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Gözəl duyğudu hamiləlik
20 may 2019 17:01
2
Perfect
Offline
vipbetul
hamile xanimlara yaxsidi oxumaq
20 may 2019 16:28
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri