Normal
hamiləlik 9 ay çəkir, lakin siz sağlam övlad sahibi olmaq
istəyirsinizsə bu müddətin 12 ay olduğunu hesab edin, bu zamana
hamiləlikdən əvvəlki 3 ayda daxildir. Bu o deməkdir ki, siz hamilə
qalmaq istəyirsinizsə gərək: 1. Hamiləlik yoxlanışı üçün həkiminizə müraciət edin. Doğum riskləri,
genetik xəstəliklər, irsi xəstəliklər və xroniki xəstəliklər haqqında
soruşmağı unutmayın. Qəbul etdiyiniz butun dərmanlar haqqında məlumat
verin və onların hamiləliyə ziyanının olub olmadığını öyrənin. 2. Yeməyinizə fikir verin, vitaminli və sağlam dietaya riayət edin və
həmçinin hamiləlik periodunda istifadə üçün nəzərdə tutulmuş
vitaminlərdən istifadə edin. Bu cür vitaminlərə prenatal vitaminlər
deyilir. Bu fol turşusunun miqdarını nizamda saxlamaq üçün çox
vacibdir. Bu cür qidalanma spina bufida kimi doğum qüsurlarının
qarşısını almağa kömək edir ki, bu xəstəliklər hamiləliyin ilkin
etapında özünü göstərir, siz fol turşusunun buraxıla bilən səviyyədə
olduğuna diqqət yetirməlisiniz. 3. Əgər siz siqaret çəkirsinizsə, dayandırın. Siqaret bir çox anadan
gəlmə defektlərə səbəb olur, həmçinin, uşağın az çəkili doğulmasına. Bu
həmçinin ektopik (matkadan kənar) hamiləliyin riskini 2 dəfə artırır.
Həmçinin siqaret çəkənlərdə hamilə qalmaq çətinləşir, siqaret hər iki
tərəfin də sonsuzluğuna səbəb olur, necə ki kişilərin, eləcə də,
qadınların. 4. Hepatit B və C
testindən keçin, həmçinin cinsi yolla ötürülə biləcək infeksion
xəstəliklərin müayinəsini edin. QİÇS-ə qarşı yoxlanın. 5. Diabet və yüksək qan təzyiqi kimi olan problemlərinizi kontrol altında
saxlayın, əgər çəkiniz həddən artıq çoxdursa həkiminizlə danışın və
çəkinizi sağlam həddə çatdırın.