Normal doğuş haqqında nələri bilməlisiniz

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 37 832
Səs ver:
(səs: 3)

 

 

Körpənizin, doğum kanalınız yoluyla dünyaya gəlməsinə normal doğuş deyilir. Normal vaginal doğuşun üç mərhələsi vardır.

 

1. Sancılarınızın başlamasından serviks (uçaqlıq ağızı) açıqlığının tam olmasına qədər keçən ilk mərhələ.

2. Körpənizin doğuşu ilə tamamlanan ikinci mərhələ. 

3. Plasentanın çıxmasıyla tamamlanan üçüncü mərhələ.

Üçüncü mərhələnizdən sonra isə, qanama ya da cırıqlarınızın müayinəsi edilərək, varsa cırıqlarınızın tikilməsi əməliyyatı ediləcək

Sizin səbrinizi və dayanıqlılığınızı məcbur edə bilən, vaginal doğumdan çəkinmənizə gətirib çıxaran uzun davamlı ağrılarınız, doğumunuzun birinci mərhələsində reallaşar. Bu mərhələdə ümumiyyətlə nizamlı aralıqla gələn hər sancınız, uşaqlığın sıxılmasına, uçaqlığın ağızınızın açılmasına və körpənizin aşağı doğru itələnilməsinə səbəb olar. Başqa bir deyişlə, gələn hər sancınız, körpənizi sizə bir az daha yaxınlaşdırar.

Normal vaginal doğumun üstünlükləri

Normal vaginal doğumun, həm sizin həm də körpəniz üçün keysəriyyəylə doğuşa görə üstünlükləri vardır. Vaginal doğumunuz sonrasında, bir neçə saat içində normal fəaliyyətlərinizi edə bilər, çox qısa müddətdə körpənizi əmizdirməyə başlaya bilərsiniz. Ayrıca normal doğum ilə hamiləlik əvvəlinizdəki həyatınıza dönməniz çox daha asan olar. Normal doğumunuz sonrası bədəninizin köhnə şəklinə dönməsi, keysəriyyəyə nisbətlə daha tezdir. Doğumunuzu edər etməz körpənizi qucaqlaya bilər və əmizdirə bilərsiniz. Ayrıca doğumunuz əsnasında körpənizin dünyaya gəlişinə canlı canlı şahid ola bilər və o tərifsiz xoşbəxtliyi yaşaya bilərsiniz həm də körpənizlə çox daha tez xüsusi bir bağ qura bilərsiniz.

Normal reallaşdıracağınız doğuşunuz əsnasında, körpəniz sümük kanalınızdan keçib, vaginanızdan çıxarkən döş qəfəsində yaranan təzyiq, körpənizin ağciyərlərindəki mayenin çox böyük qisiminin boşalmasına və nəfəsini daha rahat almasına  köməkçi olar. Keysəriyyəylə edəcəyiniz doğuşda bu vəziyyət  olmadığından, Keysəriyyəylə doğulan körpələrdə  tənəffüs çətinlikləri, vaginal doğuma nisbətlə 5 qat daha sıx görülər.

Doğum ağrısı nədir?

Doğum ağrısı, insanın hiss edə biləcəyi ağrıların ən şiddətlisidir, ancaq bunun yanında ən sürətli unudulanıdır. Hamiləliyinizdə ağrınızı qəbul edilmənizdə sensoriyal, emosional, davranışsal və ekoloji faktorlarınızın da təsiri vardır. Ağrı, doğuşunuzun başladığını bildirən, bioloji bir işarədir uşaqlıq ağızınızın boşalmasına səbəb olan ağrıdır. Buna görə, doğuşunuzun ilk dövründə ağrınız ümumiyyətlə bel, göbək ətrafı və çanaqda hiss edilər. Doğuşunuzun ikinci mərhələsində isə, çanağınızın gərilməsi və vaginanızdan qaynaqlanan ağrı daha alt səviyyələrdə hiss edilər.

 

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 37 832
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri