Hamiləliklə bağlı 9 məsləhət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 809
Səs ver:
(səs: 0)

1. Hamiləlik dövründə dərinin quruması və ya tündləşməsi təbiidir. Buna görə də, çalışın ki, dəriniz həmişə təmiz və nəmli olsun. Bunun üçün sabun əvəzinə təmizlik lasyonlarından, isti su əvəzinə isə ilıq sudan istifadə edin.
2. Üzmək hamilə qadınlar üçün ən yaxşı idmandır.
3. Harmonlar diş ətlerini yumşaltdığı üçün dişlərinizlə bağlı problemlər meydana gələ bilər. Buna görə də, hər yeməkdən sonra dişlərinizi fırçalamağı unutmayın.
Bundan başqa, yeməklər arasında şirin şeylərdən uzaq olun.
4. Hamiləlik dövründə gecələr ən azı səkkiz saat yatın. Günortadan sonrakı “gözəllik yuxusu” isə sizə rahatlıq gətirər.
5. Hamiləlik çatlarının qarşısını almaq mümkün deyil. Ancaq nəmləndirici kremlərlə dərinizin “elastikləşməsinə” nail ola bilərsiniz.
6. Hamiləlik dövründə fiziki hərəkətler etmək istəyirsinizsə, mütləq həkiminizlə məsləhətləşin. Çalışın, bu hərəkətlər sizi yormasın.
7. Hamiləliyin 18-ci həftəsinə doğru əzələlərin boşalması və bağırsaqların “tənbəlləşməsi” qəbizliyə səbəb ola bilər. Bunun üçün təzə meyvə, kəpəkli qidalar, çörək və makaron qəbul edin.
8. Hamiləlik dövründə çəki artdığı üçün qarın nahiyəsində qaşıntılar əmələ gəlir. Belə hallarda krem və yağlarla dərini masaj edə, qan dövranını sürətləndirərək qaşıntını aradan qaldıra bilərsiniz.
9. Hamiləlikdə bəzi qadınların dırnaqları çatlayır və ya sınır. Narahat olmayın. Sadəcə olaraq qab yuyarken əlcək geyin ya da krem və lasyonlardan istifadə edin.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 809
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri