Hamiləlikdə Saç Boyatmaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 379
Səs ver:
(səs: 2)
Hamiləlik əsnasında saçları rəngləmənin təhlükəli olub olmadığı hamilə qadınlar tərəfindən ən sıx soruşulan suallardan biridir…
Amerikan Xəstəxanası Qadın Sağlamlığı Mərkəzi Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dr. Alper Şamçı, hamiləlikdə saç boyatma ilə əlaqədar bu məlumatları verir.
Hamiləlikdə saç boyatma sualı klinika tətbiqlərdə ən sıx qarşılaşdığımız suallar arasında iştirak edir. Problemin cavabını vermək yalnız ölkəmizdə deyil bütün dünyada çox çətin. Çünki, az qala bütün cəmiyyətlərdə cəmiyyətin bir qisiminin bunun inkişaf etməkdə olan körpə üçün zərərli olacağını düşünərkən, digər qisimində tam tərsi düşüncə hakim və çox təəssüf ki bu fikir ayrılığı qadın doğum həkimləri arasında da mövcuddur. Bəzi həkimlər daha seçici davranmaqda və ilk trimesterdan sonra saç boyatmaya icazə verməkdədir.
Edilən işlərin heç birində hamiləlikdə saç boyatmanın zərərli ola biləcəyinə istiqamətli hər hansı bir tapıntı əldə edilə bilməmişdir. Saç boyaları haqqında ən çox araşdırma edilən kosmetik məhsullarıdır.
Qadınların ayda 1 ya da 2 dəfə saçlarını boyatdıqlarında istifadə ediləndən çox daha çoxu ilə edilən heyvan təcrübələrində inkişaf etməkdə olan fetusta hər hansı bir teratojen anomaliyə səbəb olucu təsir müəyyən oluna bilməmişdir. Bilinən bir başqa gerçək isə saç boyalarındakı kimyəvi maddələrin dərhal hamısının yüksək səviyyədə toksik olmasıdır.
Mövzu haqqında dünyadakı ən hörmətli təşkilatlardan biri olan və artıma sistemi üzərindəki potensial riskləri araşdıran Amerikan Teratoloji İnformasiya Xidməti, "Əldəki məlumatlar məhdud olmasına baxmayaraq çox böyük bir ehtimalla hamiləlikdə saç boyatmaq etibarlıdır" şəklində görüş bildirməkdədir. Bənzər şəkildə Amerikan Obstetrisyanlar və Ginekologlar Cəmiyyəti ACOG da hamiləlikdə saç boyatma və permanın təhlükəli olmadığını nəşr etdiyi bülletenlərdə eşitdirmişdir. Bəzi həkimlər xəstələrinə bitki mənşəli köklü saç boylarını istifadə etmələrini təklif etməkdədirlər.
Bazarda bu növdən çox sayda məhsul var. Ancaq bu məhsulların məzmunları araşdırıldığında eynilə kimyəvi boyalarda olduğu kimi bir çox qatqı maddəsinin tapıldığı asanlıqla görülə bilər.
Nəticə olaraq hamiləlikdə saçlarımı boyada bilərəmmi sualının cavabı BƏLİDİR.
Əgər həkiminiz saçlarınızı boyatmanıza icazə vermirsə ya da boya üçün ilk trimesterin bitməsini gözləmənizi təklif edirsə ona hansı səbəblə və hansı elmi məlumata əsaslanaraq icazə vermədiyini soruşun

Tərcümə etdi:
PRETTY_GİRL


(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 379
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri